Рейтинг
+25.73

Kulinariya

22 üzv, 503 topik

Argentina mətbəxi

Argentinanın vizit kartoçkası qrildə qızardılmış şirəli mal əti, donuz piyində qızardılmış ləzzətli iri klyoteklər və qeyri-adi qırmızı çaxırdır.

Təəssüf ki, Argentinada bu ölkənin yerli əhalisinin mətbəxi inkişaf etməyib. Vaxt keçdikcə, bu yerlərdə məskən salan Hindlilərin mətbəxləri tamamilə unuduldu. Argentinalılar Avropa konkistadorların mətbəxinə varis oldular, və onu çox sevdilər…

Atlantik okeanın sahili boyu yerləşən bütün restoranlarda Aralıq dənizi reqionunun restoranlarında verilən keyfiyyətli yeməklərdən fəqlənməyən gözəl hazırlanmış dəniz məhsullarını sifariş etmək olar. Argentinalılar hazırladığı yeməklərdən zeytun yağı və ədviyyatların ətiri gəlir. Argentinalılar xörəkləri hazırlayarkan sonsuz qədər ədviyyatlardan istifadə etdiklərinə görə, həmin xörəklərin dadı İtaliya və ya Fransada hazırlanan xörəklərin dadını verir.
Davamı →

Südlü toyuq şorbası

Uşaqların qidalanmasında şorbanın yerini heç bir yemək verə bilməz. Şorbalar uşaqların menyusunda ön sırada durur. Südlü toyuq şorbası 6 aylıq və ondan böyük uşaqlar üçündür.

Lazım olan ərzaqlar:
¼ su stəkanı süd
1,5 çay stəkanı toyuq suyu
1 desert qaşığı un
1 xörək qaşığı qədər toyuq əti
1 kök

Hazırlanma qaydası:
Bir xörək qaşığı qədər toyuğu bir kiçik köklə bişirin. Toyuq bişəndən sonra didin. Kökü yaxşıca əzin.

Ayrı bir qabda 1/4 su stəkanı südlə 1 desert qaşığı unu bişirin. İçinə 1,5 çay stəkanı toyuq suyunu, əzilmiş kökü və toyuğu əlavə edin. Qaynayana qədər qarışdıraraq bişirin.

Olivye salatı

Bu salat XIX əsrdə Rusiyada fransız aşbazı Lyusyen Olivye tərəfindən hazırlanıb. Sovet vaxtında salatın tərkibi xeyli dəyişildi və indi biz məhz bu sovet salatını «Olivye» kimi tanıyırıq və sevirik. Salatın müxtəlif reseptləri var. Sizə bu salatın klassik reseptini təqdim edirik.

İnqrediyentlər:
— 4 orta ölçüdə kartof
— 3-4 kök
— 4-5 yumurta
— 350 qr bişmiş mal əti
— 4-5 duzlu xiyar (kornişon)
— 450 qr konservləşdirilmiş yaşıl noxud
— 250-300 qr mayonez
— duz, istiot (zövqə görə)
Davamı →

Şimal salatı

Tərkibi:
150 q cod balığı ciyəri (treska)
3 kartof
2 yerkökü
3 yumurta
3 duzlu xiyar
50 q pendir
mayonez
duz

Hazırlanması:
Cod balığı ciyərini çəngəllə əzin. Yerkökü ilə kartofu suda bişirib soyudun, yerkökünü sürtgəcin xırda, kartofu isə iri gözündən keçirin. Azca duz vurun. Yumurtaları suda bişirin, ağıyla sarısını ayırın. Ağını sürtgəçin iri, sarısını xırda gözündən keçirin. Duzlu xiyarı və pendiri ayrılıqda sürtgəcin iri gözündən keçirin.
Davamı →

Bişmiş şabalıd

Şabalıdın iki növü mövcuddur – at şabalıdı və nəcib şabalıd (əsil şabalıd). Yalnız nəcib şabalıdın barı yeməlidir. Ölkəmizdə Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur. Bir çox dükan və bazarlardan almaq mümkündür. Dünyanın bir sıra ölkəsində yetişdirilməsinə baxmayaraq fransızlar şabalıdı öz milli məhsulu kimi tanıyırlar.
 
Şabalıdı əsasən qızardıb və ya qovururlar. Nadir hallarda onu müxtəlif şirin xəmir işlərində və desertlərdə istifadə edirlər. Azərbaycanda şabalıd həmçinin müxtəlif növ plovlarda istifadə edilir.
Davamı →

Noxud şorbası

Tərkibi:
700 q sümüksüz toyuq əti
300 q yaşıl noxud
100 q yerkökü
1 diş sarımsaq
duz
istiot

Hazırlanması:
Toyuq ətini yuyun. 2 litr suda qaynadın. Qaynara düşəndən sonra duz qatıb orta odda 7 dəqiqə bişirin. Əti çıxarıb qaba yığın. Bulyona noxudu əlavə edin, 10 dəqiqə bişirin. Yerkökünü sürtgəcin orta gözündən keçirib bulyona əlavə edin. Toyuq ətini xırda doğrayıb qatın. Daha 5 dəqiqə bişirin. Sarımsağı təmizləyib xırdalayın. Şorbaya əlavə edib ocaqdan götürün. Nuş olsun!

Brokoli şorbası

Bol vitaminli və ləzzətli brokoli şorbası qış aylarının vazgeçilmez yeməyidir. Həm qida dəyəri yüksək, həm də dəyişik bir dad olaraq soyuq havalarda içinizi isidəcək. Brokoli sevən, sevməyən hər kəsin xoşlayacağı bu şorbanı bişirməyə dəyər. Brokoli şorbası sağlamlığa faydalıdır, üstəlik dadı da gözəldir.

Tərkibi:
500 qr brokoli
1 kök
1 kartof
2 stəkan süd
1 soğan
2 qaşıq qaymaq
2 qaşıq kərə yağı
duz
istiot
1 qaşıq un

Hazırlanması: Brokolini yuyun, soğanı, kartofu kub-kub doğrayın, kökü yumru-yumru dilimləyin. Hamısını bir qazanda qarışdırın, üzərinə çıxacaq qədər su əlavə edin və tərəvəzlər yumşalana qədər qaynadın.
Davamı →

Qraf salatı

Tərkibi:
1 çuğundur
3 kartof
50 q albuxarı
4 yumurta
50 q qoz
150 q mayonez
duz

Hazırlanması:
Çuğundur, kartof və yumurtanı suda bişirib soyudun. Yumurtanın ağıyla sarısını ayırın. Albuxarının üzərinə qaynar su töküb yumşalınca saxlayın, sonra xırda doğrayın.

Salatı arasına mayonez çəkməklə lay-lay düzün: kubik doğranmış çuğundur + kubik doğranmış kartof + xırdalanmış yumurta sarıları + albuxarı + yumurtanın ağı. Salatın üzərini qozla bəzəyib soyuducuda 2 saat saxlayın. Nuş olsun!

Mandarinli peçenye

Tərkibi:
150 q kərə yağı
1 yumurta
100 q şəkər pudrası
200 q kokos yonqarı
200 q un
1 mandarinin sedrası
1 x.q. mandarin şirəsi
3-4 mandarin şəkər tozu
1 yumurtanın sarısı

Hazırlanması:
Yumşaq yağı yumurta və şəkər pudrası ilə çalın, un, kokos yonqarı, sedra və şirə əlavə edib xəmir yoğurun. Kolbasa formasına salıb soyuducuda 1 saat saxlayın. Mandarinləri 1-2 mm qalınlıqda doğrayın.

Xəmirdən qoz boyda kündələr tutun. Hər birini mandarin dilimi boyda yayın, üzərinə yumurta sarısı çəkin, doğranmış mandarin dilimi qoyub şəkər tozu səpin. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Nuş olsun!

Amerika mətbəxi

Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir.

Bir çox millətlərin mətbəxi
Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif reqionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir.
Davamı →