Qaraçı kababı

Tərkibi:
0,5 kq badımcan
1 kq pomidor
2 ədəd soğan
4-5 ədəd yaşıl bibər
Yarım dəstə cəfəri
Duz, sarımsaq

Hazırlanması:
Badımcan və pomidorları közdə bişirin, qabıqlarını soyub doğrayın və bir qazana düzün. Soğanı halqa-halqa doğrayaraq duz və sumaqla ovun, sonra içinə cəfərini əlavə edib qarışdırın. Bu qarışığı qaynar yağda qovurub pomidor və badımcanın üstünə tökün. Qazanı kip örtüb manqalda yarım saat bişirin.
loading...
 

0 şərh