Göbələkli Xanı balığı

Tərkibi:
 
500 qram xanı balığın filesi
 2 ədəd soğan
 200-300 qram şampinyon göbələyi
 2 x.q. ağ  quru şərab
 1/4 limon
 Şüyüd,duz, istiot, un

 Hazırlanma qaydası:
 
Balığın filesini yuyub qurulayaraq duz və istiot səpin. İstəsəniz, fileni dilimlərlə də doğraya bilərsiz. Sonra doğranılmış balıq dilimlərini unlayıb tavada bitki yağında 10-15 dəqiqə ərzində qızardın. Şampinyonları nazik dilimlərə doğrayın. Soğanı xırdalayıb digər tavada bitki yağında qovurun. Üzərinə doğranmış şampinyonları əlavə edib duz səpin, 15-20 dəqiqə ərzində bişirin.
 Balığın üzərinə bişmiş şampinyonla soğanı əlavə edib, qarışdırın. Daha sonra üzərinə ağ şərab tökün, limon suyu və xırda doğranılmış şüyüdü əlavə edin.
 Tavanın qapağını örtün, 3-5 dəqiqə ərzində bişirin. Sonra dəm alması üçün odu söndürüb 5 dəqiqə ərzində gözləmək lazımdır.
 Süfrəyə verərkən balığı zövgünüzə görə bəzəyin. Nuş olsun!
 

0 şərh