Badımcan turşusu


Badımcan turşusunu hazırlamaq üçün xırda faraş badımcanlar götürülür, saplağı kəsilir, yuyulur, sonra duzlanıb acı suyu çıxarılır.
10%-li duzlu suda 2-3 dəqiqə pörtlədilir, süzülür. Süzüldükdən sonra badımcanlar süzgəcə yığılır, üstünə taxta, onun da üstünə ağır yük (2-3 kq) qoyulur ki, suyu tamam çıxsın (15-20 saat).
Sıxılmış badımcanların içinə azca duz vurulur, əvvəlcədən hazırlanmış iç qoyulub ya şüşə, ya da şirəli saxsı qablara yığılır və üstünə sirkə tökülür. 3-4 gündən sonra badımcan hazır olur. Sirkəyə qoyulmuş badımcanları soyuq yerdə saxlamaq lazımdır.
Badımcan üçün iç belə hazırlanır: sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 qram duz götürülür) həvəngdə döyülür və ya xırda-xırda doğranır, buna xırda-xırda doğranmış şirin və acı istiot, cəfəri, nanə qatılıb qarışdırılır və zövqə görə duzlanır.
 

0 şərh