Rəngarəng bibər salatı

Tərkibi:
2 ədəd iri qırmızı Bolqar bibəri
2 ədəd iri sarı Bolqal bibəri
2 ədəd narıncı Bolqar bibəri
xırda doğrançəş cəfəri (zövqə görə nanə də əlavə edə bilərsiniz)
2-3 diş əzilmiş sarımsaq
təxminən yarım limonun suyu
zeytun yağı
duz
istiot

Hazırlanması:
1. Bolqar bibərlərini bütov ya qazın üstündə çevirə-çevirə kabab edin, ya manqalda, ya da sobada bişirin. Qabığı bir az qaralanda və bibərlər azacıq yumuşalanda bibərlər hazırdır. Diqqət! Bibərləri çox bişirməyin, yoxsa xəşilə dönər. Bibərlər bir az bişməli, amma eyni zamanda da diri qalmalıdırlar.

2. Bişmiş bibərlərin qabığını soyun. Toxumunu və sapını kəsib atın. Bibərləri təxminən bir barmağın yarısı enliyində uzunsov kəsin. Bir qaba qoyun. Üstünə doğranmış cəfəri (və ya cəfəri və nanə qarışığı), əzilmiş sarımsaq, limon suyu və zeytun yağı, duz, istiot əlavə edib qarışdırın. Soyuducuda bir qədər soyutduqdan sonra süfrəyə verin.

 

0 şərh