Şuba salatı

Ərzaqlar:
Çuğundur
Yerkökü
Kartof
Yumurta
Duzlu balıq
Mayonez
Duz, istiot

Hazırlanması:
Çuğundur, kartof, yumurta, yerkökü soyutma bişirilir. Əvvəlcə qabın dibinə bir az mayonez çəkirik və çuğunduru rəndədən keçirib üzərinə duz vurub mayonez çəkirik. Sonra kartof rəndədən keçirilir duz vurub mayonez çəkirik. Balıq xırda doğranılır kartofun üzərindən düzülür mayonez çəkilir. Yerkökü rəndədən keçirilir balığın üzərindən qoyulur, duz vurub mayonez çəkirik.

Yumurtanın ağını rəndədən keçirin yerkökünün üzərindən qoyuruq mayonez çəkirik. Təzədən bir də ərzaqların qalan yarısını da rəndədən keçirib üst-üstə yığırıq. Ən üstə isə yumurtanın sarısını səpirik. Bəzək üçün isə kənarlarına göyərti düzürük. Budur şuba salatımız hazırdı. Nuş olsun!
 

0 şərh