Ananaslı keks

Ərzaqlar:
3/1 stəkan əridilmiş kərə yağı
yarım stəkan şəkər tozu
5-6 dilim ananas
5-6 ədəd kişmiş

Xəmir:
yarım stəkan kərə yağı
1 stəkan şəkər tozu
2 yumurta
3 stəkan un
2 stəkan süd
yarım çay qaşığı duz
vanil
qabartma tozu

Hazırlanması:
1. Kərə yağını əritdikdən sonra üzərinə yarım stəkan şəkəri qatın və keksi bişirəcəyiniz qabın dibinə yayın. Ananas dilimlərini kərə yağlı şəkərin üzərinə düzün. Ortalarına bir kişmiş dənəsi qoyun.

2. Yarım stəkan yağı və 1 stəkan şəkəri mikserlə qarışdırın. Üzərinə yumurtaları və vanili əlavə edərək biraz dala çırpın. Ən sonda unu, südü, duzu və qabartma tozunu əlavə edib qarışdırın.

3.Hazırladığınız bu qarışımı ananaslı qaba toküb sobada 200 dərəcədə 45-50 dəqiqə bişirin. Bişdikdən sonra 10 dəqiqə soyumağını gözləyin. Soyuduqdan sonra asta-asta qabı tərs çevirin. Nuş olsun!
 

0 şərh