Alma ruleti

Tərkibi:
4 ədəd turş alma
4 ədəd yumurta
4 x.q. un
4 x.q. şəkər
4 x.q. bitki yağı
Yarım ç.q. darçın
Zövqə görə kişmiş
alma ruleti

Hazırlanması:
Almalar iri gözlü mətbəx rəndəsindən keçirilir. İstər tavadalistin üzərinə kişmiş və darçın töükülərək bişirilir. 
Yumurtaların ağı sarısından ayrılaraq şəkərlə köpük halı alana qədər çırpılır.
Sonra ehtiyatla hər bir yumurta sarısı bu qarışıma əlavə edilərək qaşıqla qarışdırılır. Sonra un və bitki yağı əlavə edilib qarışdırılır. 
Hazırlanmış xəmir duxovkada bişmiş almanın üzərinə 0,5 sm qalınlıqda tökülür və 180 dərəcədə təxminən 20 dəqiqə bişirilir.
Rulet bişib hazır olduqdan sonra təmiz bir dəsmal üzərinə elə qoyulur ki, alma qatı üst tərəfdə qalsın.
Rulet hələ istiykən dəsmalın köməyi ilə bükülür,üzərinə pudra şəkəri tökülür. Nuş olsun!

0 şərh