Tantuni

Ərzaqlar:Tantuni
2 ədədət bifşteks
1 ədəd quru soğan
1 ədəd pomidor
6 ədəd kornişon turşu (istəyə bağlı)
1 çay qaşığı qırmızı bibər
Yarım limonun suyu
1 çay qaşığı sumaq
Yarım çay qaşığı kimyon
1 çay qaşığı qədər duz
2 xörək qaşığı zeytunyağı

Lavaşı üçün:
1.5 stəkan un
1 çay qaşığı şəkər tozu
1 çay qaşığından az duz
1.5 çay qaşığı quru maya
Yarım su stəkanı ilıq su (lazım olsa əlavə edin)

Hazırlanması:
İçi:
1) Ətləri mümkün olduğu qədər incə doğrayın. Çəkilmiş ətdən bir az iri olacaq.
2) Zeytunyağı əlavə etdiyiniz tavada, suyunu salıb yenidən çəkənə qədər bişirin.
3) Sonra ətlərin içinə; duz və qırmızı bibər əlavə edin.

Lavaşı:
1) Mayanın üzərinə; şəkər və ilıq su əlavə edin 2-3 dəqiqə o halda saxlayın.
2) Unun ortasını hovuz kimi açın; içərisinə duz və mayalı suyu əlavə edin. Qulaq əti yumşaqlığında bir xəmir yoğurun. Konsistensiyasına görə lazım olsa, su ya da un əlavə edin.
3) Xəmiri 10 dəqiqə üzərinə dəsmal örtərək saxlayın. 4 yerə ayırın və unlanmış dəzgahda oxlovla açın.
4) Tavada hər iki tərəfini bişirin.

Tantuninin Hazırlanması:
1) Soğanları doğrayın; duz, sumaq və limon suyu əlavə edərək əlinizlə ovun.
2) Pomidorları doğrayın.
3) İsti lavaş çörəyinin içinə, isti ətli içdən qoyun.
4) Üzərinə; soğan, pomidor və də turşu əlavə edin və bükün.
Nuş olsun.

0 şərh