Pomidor şorbası

Ərzaqlar:
2 xörək qaşığı kərə yağı və ya bitki yağı
5 xörək qaşığı un
2 xörək qaşığı tomat
4 ədər orta boy tam yetişmiş pomidor
5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
1 xörək qaşığı qurudulmuş kəklikotu
1/2 stəkan süd
zövqə görə duz, istiot

Üstü Üçün:
Sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)

Hazırlanması:
Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.

Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə  bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.

Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də  bişirdikdən sonra, kənara çəkin.

Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri  qoyub süfrəyə verin.

Nuş olsun!
 

0 şərh