Buxarda "Kirpi"

Tərkibi: 
400 q mal qiyməsi
1 yumurta
50 q çörək
1 baş soğan 
4 x.q. narın suxarı
duz, istiot — zövqə görə
4-5 x.q. uzun düyü (basmati)
keşniş 

Hazırlanması:
Qiymə, yumurta, əvvəlcədən isti süd və ya suda isladılmış çörək, çəkilmiş soğan və keşnişi qarışdırın. Duz, istiot vurun. 
Qiyməyə narın suxarı və ürəyiniz istəyən ədviyyat da əlavə edib qarışdırın. 
Küftələr tutub quru düyüyə batırın. 
Buxar qazanının sinisinə düzün. 40 dəqiqə buxarda bişirin. 
Qarnir üçün tərəvəzdən hazırlanmış təamlar və limonlu-qaymaqlı sous çox uyğundur. 

Nuş olsun!
 

0 şərh