Darçınlı keks

Tərkibi: 
180 ml isti süd
12 q quru maya, yaxud 30 q yaş maya
540 q un 
3 x.q. şəkər tozu
1/4 ç.q. duz
90 q kərə yağı
120 ml isti su

iç: 
100 q şəkər 
3/4 ç.q. üyüdülmüş darçın 
1 yumurta

Hazırlanması:
Maya və şəkər tozunu isti süddə əridin. 10-15 dəqiqə saxlayın. 
Un, duz və kərə yağını blenderə qoyub xırda, nəm ovuntu halınadək xırdalayın. Mayalı südü və suyu əlavə edin, yumşaq xəmir yoğurun. 
Lazım gələrsə, su və un əlavə edə bilərsiniz. 
Kündələyin. Bitki yağı çəkilmiş ləyənə qoyub ağzına qida plyonkası çəkin. İsti yerdə saxlayın. Təxminən 1 saatdan sonra xəmir iki dəfə qalxacaq.
İç: şəkər tozu və darçını qarışdırın. 
Gəlmiş xəmiri ətləyin, düzbucaqlı şəklində yayın. Üstünə çalınmış yumurta çəkin, darçınla şəkər tozu qarışığını səpin. 
Rulet kimi bükün, kərpiç formasında olan odadavamlı qaba qoyun. 
İsti yerə qoyub şişməsini gözləyin, çalınmış yumurtanın qalanını üzünə çəkin. 
200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. 
Bişəndən sonra 30 dəqiqə soyudun. Sonra dilimləyin. 
Nuş olsun!    

0 şərh