"Şimal ayısı" tortu

Tərkibi: 

xəmir: 
1 yumurta 
200 q şəkər tozu
200 q xama
60 q kərə yağı 
3 x.q. kakao
1 ç.q. söndürülmüş soda
2-3 st. un

qlazur: 
70 q şəkər tozu
60 q kərə yağı 
2 x.q. kakao
80 ml qaymaq 

krem:
600 q xama 
Krem üçün şəkər tozu — zövqə görə 

Hazırlanması:
Yumşalmış kərə yağını yumurta və şəkər tozu ilə çalın. 
Söndürülmüş soda, xama əlavə edib yenə çalın.
Unun təqribən yarısını əlavə edin, qarışdırın, xəmiri iki yerə bölün. Bir hissəsinə unun qalanının yarısını, o birinə unun digər yarısı ilə kakao əlavə edin. Bunları ayrılıqda yoğurun. Xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır. 
Hər xəmiri 3 bərabər hissəyə bölün.
Hər kündəni yayın. 200 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. 
Hazır korjların kənarlarını kəsib hamarlayın.
Yağ, qaymaq, şəkər tozu və kakaodan qlazur bişirin. 
Xamanı şəkər tozu ilə çalın. 
Korjlar və qlazur soyuyandan sonra tortu yığın. 
Altdan şokoladlı korjun birini qoyun, üstünə xamalı krem çəkin, üzərinə açıq rəngli korju qoyub krem çəkin və beləliklə bütün korjları növbə ilə üst-üstə düzün. 
Tortun kənarına xamalı krem, üstünə isə şokoladlı qlazur çəkin. 
Yaxşı olar ki, bir gecə saxlayıb kremi hopdurmasını gözləyəsiniz. 
Nuş olsun!

0 şərh