Paştet

Ərzaqlar:Paştet
500-800 q ciyər(2-3 tikə qoyun piyi)
2 ədəd baş soğan
1 ədəd yerkökü
1 ədəd yumurta
150 q kərə yağı
Duz
Istiot

Hazırlanması:
Ciyəri və piyi doğrayıb duz töküb suda bişiririk. Suyu çəkilib yağa düşəndə az qovurub götürürük.
Soğanı doğrayırıq yağ əlavə edib qızılı rəngdə olana qədər qızardırıq. (kərə yağının 50 q tökürük)
Yumurtanı suda bişiririk. Soyuduqdan sonra sarısını götürürük.
Yerkökünü də suda bişirib soyuyanda qabığını təmizləyirik.
Bütün ərzaqları ət maşınından iki dəfə keçiririk.
Qarışığa zövqə görə duz istiot səpib qarışdırırıq.
Kağız sərib qarışığı düzbucaqlı şəkildə kağızın üstünə yayırıq.
Qalan yumşalmış kərə yağını ciyərin üstünə nazik yayırıq.
Sonra rulon kimi bükürük.
Paştet bir neçə saat soyuducuda saxladıqdan sonra halqa-halqa doğrayıb süfrəyə vərə bilərsiniz.
 

0 şərh