Xaçapuri

Tərkibi:xachapuri
Sadə mayalı xəmir 500qr
«Suluquni» pendiri
4-5 ədəd yumurta
200 qr kərə yağıGöyərti, ədviyyat
Duz


500 qr mayalı xəmirdən 3 ədəd xacapuri alınır.

Hazırlanması:
Mayalı xəmirdən 20-25 sm diametrində yuxa yayılır və rəndələnmiş «Suluquni» pendiri yuxanın içərisinə səpilir.
Sonra yuxanın kənarları ortaya doğru bükülür və ucları birləşdirilir.
Xaçapuri yağlanmış duxovka qabına qoyulur və ortasına bir az daha pendir səpilir.
Xaçapuri xəmirləri bu halda bir az gəlməsi üçün gözlədilir, sonra üzərinə yumurta sürülüb 200-220 dərəcədə duxovkada bişirilir.
Xaçapurinin bişmə prosesini izləmək lazımdır. Xəmirlərin üzəri azca qızarmışsa və pendirlər ərimişsə, xaçapuriləri duxovkadan çıxarıb ortasına yumurta qırmaq lazımdır(burda yumurtaların bütöv qalmasına diqqət edilməlidir) və yenidən xaçapurilər duxovkaya verilir.
Yumurtanın sarısı deyil, ağının bişməsi zamanı xaçapuriləri duxovkadan çıxarın, üzərinə bir parça kərə yağı, duz, qırmızı toz bibər və göyərti səpilir.
Nuş olsun!

0 şərh