Yaşıl alma kokteyli

Tərkibi:Yaşıl alma kokteyli

1 ədəd yaşıl alma
1,5 su stəkanı soyuq süd
3 top vanilli dondurma
2 xörək qaşığı toz şəkər

Hazırlanması:

Yaşıl almanı yuyub soyun, çəyirdəyini təmizləyib dilimləyin.

Blendrin içinə südü, şəkəri, dondurmanı və almaları qoyub tam həll olana qədər qarışdırın.

Zövqə görə içinə 3-4 parça buz da əlavə edə bilərsiniz.

Soyuq halda süfrəyə verin. Nuş olsun!

6 şərh

asel
Bunu məmnuniyyətlə edərdim. Heyf ki hava soyuqdu :((
pascal
asel, buzsuz elə. ;) 
asel
Buz yazıldığına fikir verməmişdim. Mən dondurmaya görə deyirdim :))
pascal
Dondurma əridikdən sonra nə soyuqluğu qalır ki? Yenə öz məsləhətinə bax. İçərsən, Allah eləməmiş xəstələnərsən, sonra deyərsən, Xəzər elədi. ;) ))
pascal
«pascal elədi» yazacaqdım. Əşş...nə fərqiye..? ;)
asel
Hə eee, düz deyirsiz :)) gərək yoxlayım :)) Yox, heç elə deyərəm? :)))