Tərəvəz bulyonu

Tərkibi:
kök — 50 qr.
kələm — 50 qr.
kərəviz — 50 qr.
cəfəri — 50 qr.
soğan — 50 qr.
su — 1,7 l
yağ — 30 qr.
duz — zövqə görə 

Hazırlanma qaydası: 
Tərəvəzləri yaxşıca yuyun, dilimləyib üzərinə qaynar su tökün. Yağ əlavə edin, duzlayıb ağzı qapalı qabda tərəvəzlər hazır olana kimi bişirin. 
Bulyonun tərəvəzlərini şorbada və ya sousda, və ya quru yeməyə qarnir kimi istifadə etmək olar. Bulyonun özünü manna kleçkiləri ilə verin. Nuş olsun!




 

0 şərh