Müxtəlif ölkələrin ənənəvi buterbrodları

Yemək yeməyi sevənlər üçün maraqlı topik. Çox zaman vaxtınızın azlığından danışıb mətbəxə keçə bilmədiyinizdən şikayət edirsiniz? Budur, bu məqalənin köməkliyi ilə siz tez bir zamanda özünüzə dadlı buterbrodları hazırlamağı öyrənəcəksiniz. Ən maraqlısıda odur ki, bu yolla siz müxtəlif xalqların, müxtəlif ölkələrin ənənəvi mətbəxinin bir qolu ilə tanış ola biləcəksiniz. Şəkillərə nəzər salaq:

1. Sinqapur.
Kaya tostu: Bu tost nəinki Sinqapurda, Cənub- Şərqi Asiyanın bütün ölkələrində məhşurdur. Bu tost ağ çörəyin qalın ağ dilimlərinə kokos və şəkər qarışığının əlavə edilməsi ilə düzəlir. Bəzən ona yumurta da əlavə edirlər.


2. Malayziya.
Roti Con. Soğan, yumurta, ət və ya balıq ilə hazırlanan sendviç — omlet.


3. ABŞ.
Yerfındığı yağı ilə hazırlanan sendviç.


4. Polşa.
Zapekanka (türk dilində güveç) – polyak fast- food-un ən məhşur yeməklərində biri: əridilmiş (yumşaq) pendir, göbələk, ət, soğan və ya ketçup. Bunların hamısı yarı kəsilmiş bageta (çörəyə) doldurulur.


5. Yaponiya.
Yakisoba- pan. Xot- doq bulkalarının üzərinə qızarmış yapon əriştəsini ( yakisoba) qoyurlar. Bəzən üzərinə mayonez və ya zəncəfil əlavə edirlər.


6. Almaniya.
Havay tostu. Əridilmiş pendir, ət ( vetçina) ananas və Maraskino albalısı ilə hazırlanan açıq sendviç.


7. Serbiya.
Pleskavitsa. Müxtəlif ət növlərindən olan sendviç. Lavaşda və ya dairəvi bulkanın içində olur, istiot və ya serb qaymağı ilə birlikdə verilir.


8. Almaniya.
Fişbretxen. Xırçıldayan çörəyin arasına qoyulan balıq ( çox vaxt turşuya qoyulmuş siyənək) və çiy soğan.


9. Fransa.
Pan- maqnat. Bu klassik fransız sendviçidir. Tunes, tərəvəz, bişmiş yumurta və zeytun yağının köməkliyi ilə hazırlanır. Ənənəyə görə, bu sendviça heç bir zaman mayonez əlavə edilmir.


10. Çili.
Barros Lyuko. Bulkanın içinə qoyulan dana əti və əridilmiş pendir. Bu sendviçi, daim onu restoranlarda sifariş edən eks- prezident Ramon Barros Lyukonun şərəfinə adlandırıblar.


Hazırladı: Məmmədova Züleyxa

 

0 şərh