Gül kələmi turşusu

Ərzaqlar:

2 ədəd gül kələmi

1 ədəd acı bibər

1 baş sarımsaq

3-4 baş şüyüd qurusu

1 x.q kərəviz qurusu

1 ç.q reyhan qurusu

Duz


 Hazırlanması:

Gül kələmini balaca hissələrə ayırıb, təmiz yuyuruq.


Qazanda su qoyub, qaynadırıq. Qaynayan suya gül kələmini salıb, 5-10 dəqiqə saxlayırıq.


 Sudan çıxarıb, qaba yığırıq, soyuruq.


 Banka ya da tuj qazan götürüb, bütün ərzaqları qat-qat yığırıq.

1 l bankaya 3 x.q duz töküb, qarışdırırıq. Sonra duzlu suyu gül kələminin üstünə tökürük.
Gül kələminin üzünə çıxana qədər duzlu su hazırlayıb, əlavə edirik.

Təxminən 2-3 həftəyə yeyilməli olur.


Nuş olsun!

Resept.az

 

0 şərh