Yemiş şorbası

İnqrediyentlər:
Yemiş – 1 ədəd
Şəkərsiz yoğurt – 5 x.q.
Təzə limon şirəsi – 3 x.q.
Ətirli sirkə – 1 x.q.
Bal – 25 ml.
Təzə rozmarin – 1 ç.q.
Darçın – 1/3 ç.q.
Qara istiot – 1/3 ç.q.
Dəniz duzu – bir çimdik

Hazırlanması:
Yemişin meyvə ətini blenderdə əzin və üzərinə yağsız yunan yoğurtu, limon şirəsi, sirkə, xırdalanmış rozmarin, darçın, istiot və duz əlavə edin.

Bütün inqrediyentləri təkrar blenderdə qarışdırın. Süfrəyə verməzdən əvvəl desert şorbanı soyuducuda soyudun.

7 şərh

velili_hemide
Kim yeyər axı bunu?
 
_BUMERANQ_
Təsəvvür elədim, o qədər də bərbad olmaz. Yəni, meyvə tərəvəz qarışığı xörəklərdən yaxşı təsir bağışladı :)
velili_hemide
Yəni «nisbətən» demək istəyirsiniz :D. Həm yemiş və bal birlikdə ziyandır axı. Hətta məncə hamı eşitmiş olar, öldürür deyirlər. 
Ferbara
Yəqin sirkə bu təhlükənin qarşısını alar. :)
Ferbara
Şorba deyəndə elə bildim bişmiş kütlədi. :) Tərkibindəkilər eyni cins məhsullar sayılır, yemək olar. 
Bir də təkcə yemişi badımcan dolması (üç dolma) ilə də yemək olur. Bilmirəm, hər bölgədəmi bu adət var, ya yox… Mən Qərbi Azərbaycan adətində bunu görmüşəm. :) 
velili_hemide
Qərbi Azərbaycanlı sayılsam da belə bir şey görməmişəm :D Üç bacının yemişlə yeyildiyini birinci dəfədir ki, eşidirdim.
Ferbara
Mən də anamın yemişlə dolma yediyini görəndə təəccüblənmişdim. :) Sən demə, onlarda bu adət imiş. Əgər yemiş yoxdusa, badımcan dolmasını üzümlə də yeyə bilərlər. :)