Quzu qabırğası dolması

Tərkibi:
1 ədəd sağ ön qol ilə birlikdə quzu qabırğası

İç ləvazimatlar:
2 stəkan yuyulmuş, süzülmüş düyü
1 stəkan qaynar su
4 yemək qaşığı zeytun yağı
300 qr təmizlənmiş quzu ciyəri (çox xırda doğranmış)
1 böyük quru soğan (doğranmış)
2 yemək qaşığı dolma fıstığı
2 xörək qaşığı quşüzümü (ilıq suda isladılmış)
1 çay qaşığı döyülmüş istiot
1 çay qaşığı darçın
1 çay qaşığı duz
1 çay qaşığı nanə

Üzəri üçün:
1 xörək qaşığı pomidor tomatı

1 stəkan su

Xəmiri üçün: 
1 stəkan un
1 stəkan su

Hazırlanması:
Quzu ətinin qabırğa qisminin ətli hissəsini sümük hissəsindən azca ayırın və ortasında bir boşluq yaradın. İç plovu üçün 2 yemək qaşığı zeytun yağını tavaya əlavə edib fıstıqları qovurun. Fıstıqları qəhvə rəngi almasına imkan verməyin. Soğanı əlavə edib birgə qovurun. Daha sonra ciyəri də əlavə edib qovurun. Ciyər bişdikdən sonra ədviyyatarı da əlavə edib qarışdırın və bir kənara qoyun.

Digər tavaya 2 xörək qaşığı zeytun yağını qoyub yağ isinəndə düyünü əlavə edib qovurun. Düyü qovrulduqdan sonra digər ciyər qarışmını da üzərinə əlavə edin.

Üzərinə 1 stəkan su əlavə edib qapağını örtün və aşın dəmlənməsini gözləyin.

Qabırğanı yuyub süzün və içini duzla ovun.

Hazırladığınız iç plovu qabırğaya doldurub tikin.

Qabırğanı qazana qoyub üzərinə 2.5, ya da 3 litr su lavə edin. Xəmir üçün 1 stəkan una 1 stəkan su əlavə edib yumşaq bir xəmir hazırlayın. Xəmiri qapağın kənarlarına yapışdırın. Buxar çıxması üçün iki yerdən boşluq buraxın.

Bişən qabırğanı götürüb soba qabına yerləşdirin və üzərinə pomidor tomatını yaxıb 180 dərəcədə bişirin.

Nuş olsun!

0 şərh