Kələmli peraşki

Tərkibi:
4 stəkan un
1 stəkan su
4 x/q bitki yağı
2 x/q şəkər tozu
1 paket quru və ya 20 qr təzə maya
yarım ç/q duz
1 ədəd balaca bərk kələm
500 qr soğan
ədviyyatlar zövqə görə

Hazırlanma qaydası:
Un ələnir. Bir stəkan isti suya şəkər tozu və maya əlavə edilir. Üzərində köpük əmələ gələndə unun boşqabına əlavə edilir. Duz əlavə edilir. Xəmiri yuğurmağa başlayırırq və axıra yaxın ona otaq temperaturunda olan bitki yağı əlavə edirik. Xəmir çox bərk alınarsa ona lazımı qədər su əlavə edilir. Şar formasına salınır. Dəsmalla üstü örtülüb, bir saat yarımlıq isti yerə qoyulur.

Kələm və soğan xırda doğranır. Bitki yağı tavada isidilib, kələm və soğan yarı hazır olana qədər qızardılır (10 dəqiqə). Zövqə görə duz və istiot əlavə edilir. Məsləhət. İçliyə həmçinin tomat pastası və ya qaymaq əlavə etmək olar — o zaman pirojkilər zərif və yumşaq alınar. Taxta unlanıb üzərinə xəmir qoyulur. Sonra xəmir kolbasa formasına salınıb eyni hissələrə kəsilir. Xəmir açılır. Ortasına içlik qoyulur. Pirojki yapışdırılır. Zövqə görə müxtəlif formalar vermək olar (üçbucaq, yumru və s.).

Sobanın sacına perqament kağızı salınır və pirojkilər onun üzərinə düzülür. Pirojkilərin üstü çay zavarkası ilə yağlanır (qızarması üçün) və əvvəlcədən 180 dərəcədə isidilmiş sobada qızarana qədər bişirilir. Pirojkilər hazırdır! Nuş olsun!

0 şərh