Qayıq küftəsi

Tərkibi (6 pay):
500 q mal əti
4-5 x.q. narın suxarı
1 ç.q. zirə
1 ç.q. nanə qurusu
1 çimdik qara istiot
1 çimdik duz
1 armudu st. su

İçlik üçün:
1 banka Meksika qarışığı (qarğıdalı, noxud, bibər)
1 soğan
1 ç.q. kəklikotu
2 x.q. zeytun yağı
2 x.q. tomat pastası

Üzərinə:
1 st. sürtgəcdən keçirilmiş holland pendiri

Hazırlanması:
Küftə üçün gərək olan ərzağı yoğurun. Yumurta boyda küftələr tutub ortasını basın, qayıq forması verin. Kənarlarının nazik olmasına çalışın. Yağlanmış perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobaya qoyun. Xırda doğranmış soğanı zeytun yağında qovurun, qarğıdalı-noxud qarışığını və kəklikotu əlavə edərək bişirin. Sobadakı küftələri çıxararaq qovurduğunuz tərəvəzi içinə paylaşdırın. Bir kasada zeytun yağı, su, tomat pastasını qarışdırın. Küftələrin üzərinə gəzdirin. Təkrar sobaya qoyub 10-15 dəqiqə bişirin. Bişənə yaxın üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, qızaranda sobadan çıxarın. Nuş olsun!
 

0 şərh