Şokoladlı ponçiklər

Tərkibi (8-10 pay):
250 ml qatıq
50 q şəkər pudrası
700 q un
1/4 st. isti su və ya süd
100 q əridilmiş kərə yağı
3 yumurta
7 q quru maya
1 çimdik duz
100 q südlü şokolad
bitki yağı
darçın

Hazırlanması:
Mayanı otaq temperaturunda olan qatıq, şəkər pudrası və su (süd) ilə qarışdırın. 10 dəqiqə saxlayın. Yumurta, yağ, duz və unu əlavə edib xəmir yoğurun. Un daha az və ya çox tələb oluna bilər. Xəmiri 1-1,5 saat isti yerdə saxlayın.

Şokoladı xırdalayın. Gəlmiş xəmiri 5 mm qalınlıqda yayın. 5 sm diametrli dairələr kəsin. Hər birinin ortasına şokolad qoyub qıraqlarını yaxşıca bərkidin. Ponçikləri şişməsi üçün 20-30 dəqiqə saxlayın.
Bu müddətdən sonra tavada yağı qızdırın və ponçikləri qızardın. Şəkər pudrasını darçınla qarışdırıb bir qədər soyumuş ponçiklərin üzərinə səpin. Nuş olsun!
 

0 şərh