Çin mətbəxi

Düyü, tərəvəzlər və soya Çin mətbəxinin əsas inqrediyentlərini təşkil edir. Ət və balıqdan başqa mətbəxlərlə müqayisədə nisbətən az istifadə olunur.

Çin mətbəxin ahənqdarlığı
Çin mətbəxində ətli və ya tərəvəzli yeməklər arasında dəqiq ayırma yoxdur; əksinə, müxtəlif inqrediyentlər vahid bir xörək hazırlamaq üçün birləşdirilir. Qidanın ahəngdarlığı Çin mətbəxin səciyyəvi xüsusiyyətidir, məsələn, süfrəyə heç vaxt tərkibi eyni ətdən ibarət olan və yaxud oxşar dadlı və ya tərkibli iki xörəyi heç vaxt qoymazlar.

Bu ənənə Çinlilərin qədim Çin filosofu Yi Yinın nəzəriyyəsinə inandıqlarından irəli gəlir. Bu nəzəriyyəyə əsasən, hər bir dad insan orqanizmindəki müəyyən daxili orqana aiddir, və buna görə xörəkdə dadların tarazlaşdırılması insan sağlamlığını qorumağa kömək edir.

Minlərlə növ müxtəliflikləri
Çin mətbəxində tərəvəzlər vacib rol oynayır. Burada minlərlə təvəvəzlərdən istifadə olunur. Onların çoxusu Çində bitir, lakin əksəriyyət hallarda onlar Avropada yayılmış növlərdən fərqlənir.

Çin mətbəxi
Mətbəxin müxtəlifliyi ölkənin böyüklüyü ilə izah oluna bilər. Çində dörd reqional mətbəx mövcuddur: şımali (Pekin, Şantunq, Honan), sahilboyu (Fukyen, Şanxay), kontinental (Siçuan, Yunnan) və cənubi (Kanton).

Daha soyuq şimali reqionda yeməyin əsasını düyü deyil, buğda təşkil edir. Makaron, əriştə və ravioli burada səciyyəvi xörəklərdir. Ətlərin çoxusu yungül və yumşaqdır. Ən çox soğan və sarımsaqdan istifadə olunur, tünd ədviyyatlardan istifadə olunmur. Sahilboyu reqionda qidanı əsasən balıq və dəniz məhsulları, və həmçinin yüngül şorbalar təşkil edir. Tez-tez burada tərəvəzlərlə qızardılmış ət, quş əti və balıq verilir. Belə xörəyin içinə çoxlu miqdarda soya sousu əlavə olunur.

Kontinental reqionda çox acı və ədviyyatlı xörəklər sevilir. Xörəklərdə daha çox hətta qara istiotdan acı olan Siçuan istiotundan istifadə olunur.

Bütün dünyada məşhur olan Çin xörəklərin əksəriyyəti cənubi reqiondan, Kanton ərazisindən gəlib.Bu xörəklər yungül, orta ədviyyatlıdır və ölkənin başqa reqionlarında yeyilən xörəklərlə müqaisədə daha az yağlıdırlar. Ən populyar ədviyyatlar soya sousu, təzə zəncəfil, xeres və toyuq bulyonudur. Xörəyin orijinal dadını öldürməmək üçün tünd ədviyyatlardan çox istifadə olunmur. Kanton mətbəxində xörəklərin çoxusu cəld hazırlama üsülla hazırlanır. Bü üsul coxdan bəri mətbəxdə kifayət qədər odun olmayanda tətbiq olunmağa başlayıb. Bu üsül eyni ölcüdə olan balaca yemək tikələri bir neçə dəqiqə ərzində isti yağda qızardılmasını nəzərfə tutur. Qızardılarkan yemək daimi qarışdırılmalıdır.

Birbaşa Çindən gələn badımcan
Badımcan haqqında birinci anmalar eramızdan əvvəl beşinci əsrdə Çində edilib. Sonra Ərəb tacirləri badımcanı buradan birbaşa İspaniyaya gətirdilər. İberiyanın iqlimi mülayim olduğuna görə badımcan burada öz yerini tapıb.

Büğündüyü yemisinizmi?
Təbii ki, Çində düyü ən vacib məhsul hesab edilir. Düyüdən ət və balıq xörəklərində istifadə olunan düyü xəmirini hazırlamaq üçün istifadə olunur. Düyü həmçinin tərkibində meyvə qurusu, qoz və qaymaq olan şirin kekslərin əsas inqrediyentidir. Şirin düyü xəmiri aşağıdakı kimi hazırlanır: 250 qr düyünü soyuq suda yuyun, və 1 litr su əlavə edin. Qaynayandan sonra onu 15-20 dəqiqə ərzində vam odda saxlayın. Suyunu süzdükdən sonra 25 qr yağ və 2 xörək qaşığı şəkər əlavə edin. Qazana qoyub üstünü alümin folqa ilə örtün və isti su ilə doldurulmuş daha iri qazana qoyun. Təxminən 1 saat ərzində buxarda saxlayın.



Çin spagettisi
Çin mətbəxin səciyyəvi elementi göbələkdir: burada bir az parlaq və xırcıldayan pişik qulağı deyilən qara göbələklər, və həmçinin zərif dadlı və ətirli göbələklərdən olduqca çox istifadə olunur. Başqa tez-tez istifadə olunan inqrediyentlər: zəncəfil, çox yüksək qida dəyəri olan soya zoğları, ət və balıq xörəklərinə əlavə olan Çin kələmi, tərəvəzlər, souslar və kekslər üçün istifadə olunan bir az şirin və maraqlı dadı olan cirə. Əriştə həmçinin çox populyardır, və Çin mətbəxində onun dörd növü var: yumurta və buğda unundan hazırlanan əriştə, spaqettiya oxşar buğda unundan hazırlanan əriştə, maş lobyadan hazırlanan əriştə (şəffaf) və düyü unundan hazırlanan əriştə.

İt və düyü
Əfsanəyə görə, insanlar düyü haqqında vəşi heyvandan öyrəndilər. Üzun müddət ərzində yağan şiddətli yağışlar və sel basmalar bütün məhsulu məhv edib və camaatı heyvan ovuna çıxmaq vadar edib. Bir gün insanların yanına vəşi it qaçıb gəldi. Onlar itin quyruğuna üç dənin yapışdığını gördülər. Minnətdar insanlar itə heç bir zərər vurmadılar, sadəcə onun quyruğundan dənləri götürüb torpağa əkdilər. Beləliklə, onlar düyünü yetişdirməyə başladılar.


bonduelle.az 
 

0 şərh