Bifişteks salatı

İnqridientlər:
120 qram dana əti
bir neçə ədəd kahı yarpağı
7-8 ədəd pomidor
2 ədəd xiyar
dərəotu
2 xörək qaşığı konserv qarğıdalı
duz
istiot
kəkotu.

Sous üçün: 
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı balzamik sirkə
1 çay qaşığı xardal (zövqə görə)
duz.

Hazırlanması:
Kahının yarpaqları yuyulub suyu süzülür, pomidor və xiyarla birlikdə doğranır. Yağsız dana əti duz və ədviyyatlarla dadlandırılıb qrildə bişirilir. Ətin hər iki üzü yaxşı qızarmalıdır. Ətlər bişərkən tərəvəzlər sousla qarışdırılır və bişmiş ətlər düzbucaqlı şəklində doğranıb salatın üzərinə düzülür. Bifişteks salatı süfrəyə isti-isti verilir. Nuş olsun!

0 şərh