Şimal salatı

Tərkibi:
150 q cod balığı ciyəri (treska)
3 kartof
2 yerkökü
3 yumurta
3 duzlu xiyar
50 q pendir
mayonez
duz

Hazırlanması:
Cod balığı ciyərini çəngəllə əzin. Yerkökü ilə kartofu suda bişirib soyudun, yerkökünü sürtgəcin xırda, kartofu isə iri gözündən keçirin. Azca duz vurun. Yumurtaları suda bişirin, ağıyla sarısını ayırın. Ağını sürtgəçin iri, sarısını xırda gözündən keçirin. Duzlu xiyarı və pendiri ayrılıqda sürtgəcin iri gözündən keçirin.

Lay-lay düzün: kartof + qaraciyər + xiyar + yumurta ağı + yerkökü + pendir + mayonez + yumurta sarısı + mayonez. Ən az iki saat soyuq yerdə saxlayın.
Nuş olsun!
 

0 şərh