Brokoli şorbası

Bol vitaminli və ləzzətli brokoli şorbası qış aylarının vazgeçilmez yeməyidir. Həm qida dəyəri yüksək, həm də dəyişik bir dad olaraq soyuq havalarda içinizi isidəcək. Brokoli sevən, sevməyən hər kəsin xoşlayacağı bu şorbanı bişirməyə dəyər. Brokoli şorbası sağlamlığa faydalıdır, üstəlik dadı da gözəldir.

Tərkibi:
500 qr brokoli
1 kök
1 kartof
2 stəkan süd
1 soğan
2 qaşıq qaymaq
2 qaşıq kərə yağı
duz
istiot
1 qaşıq un

Hazırlanması: Brokolini yuyun, soğanı, kartofu kub-kub doğrayın, kökü yumru-yumru dilimləyin. Hamısını bir qazanda qarışdırın, üzərinə çıxacaq qədər su əlavə edin və tərəvəzlər yumşalana qədər qaynadın.

Digər bir qazanda yağ əridin və ələdiyiniz unu töküb qovurun. Yavaş-yavaş südü əlavə edərək sousu bişirin. Tərəvəzləri sousun üzərinə əlavə edərək, suyun da yarısını qazana tökün, blendrla əzin. Duz və istiot səpib qaynadın. Sonda qaymaq əlavə edin, azca qaynadın. Şorba hazırdır. Nuş olsun!

0 şərh