Ətli piroq

Ərzaqlar:
Un-200 q
kərə yağı-80 q
2 ədəd orta boylu kartof
qiymə (çəkilmiş ət)-500 q
pomidor-300 q
bərk pendir(növləri var parmezan da ola bilər, holland da ola bilər)-70 q
1 ədəd soğan
duz/istiot

Hazırlanması:
Kartofları soyub qaynadırıq, üzərinə yağ əlavə edib tam əzilənə qədər püre formasına gətiririk. Biraz soyuyan kimi üzərinə un və duz əlavə edib yumşaq xəmir yoğururuq. Yoğurduğumuz püreli xəmiri taxtanın üzərinə un səpib orada kündələyirik və üzərini örtüb dincəlməyə qoyuruq.

Tavaya yağ əlavə edib doğranmış soğanı qızardırıq, soğan biraz qızarana yaxın çəkilmiş əti əlavə edib qarışdırırıq, üzərinə duz istiot da əlavə edib bişiririk.

Ət hazır olandan sonra kündəni 2-3 mm qalınlığında yaydıqdan sonra, sobanın qabın yağlayıb ora səririk (şüşə soba qabı olsa daha yaxşı olar). Xəmirin qıraqlarını üzü yuxarı formada çəngəllə soba qabının divarlarına yapışdırırıq, bişirdiyimiz qiyməni səliqəylə ora əlavə edib üzərinə dogranmış pomidor və onun da üzərinə sürtgəcdən keçirdiyimiz pendiri səpirik. Əvvəlcədən qızdırılmış sobada 40 dəqiqə 180 dərəcədə bişiririk. Ətli piroq hazırdır.

Nuş olsun!

0 şərh