Kivi mürəbbəsi

Kivi qeyri-adi dada və xarici görünüşə malik olan meyvədir. Kividən çox dadlı mürəbbə hazırlamaq olar. Qonaqlarınızı heyrətləndirmək istəyirsinizsə, çay süfrənizi bu mürəbbə ilə bəzəyin.

İnqrediyentlər:
Kivi — 1,5 kq
limon şirəsi — 1 xörək qaşığı
şəkər tozu — 1 kq

Hazırlanması:
1. Meyvələri yaxşı yuyun və qabıqlarını soyun.
2. Kiçik dilimlərə doğrayın və divarları qalın olan qazana qoyub üzərinə limon şirəsini tökün.
3. Mürəbbəni vam odda vaxtaşırı olaraq qarışdıra-qarışdıra bişirin.
4. Meyvə tam yumşaldıqdan sonra, şəkər əlavə edin, yaxşı qarışdırın və orta odda 15-20 dəqiqə ərzində bişirin.

Nuş olsun!
 

0 şərh