Roma salatı

Tərkibi:
1 dəstə kahı yarpağı
100 qram qırmızı kələm
1 ədəd kök
½ xiyar
40 ml üzüm sirkəsi
2 ml limon suyu
1 xörək qaşığı xardal əzməsi
2 xörək qaşığı krem
8 xörək qaşığı zeytun yağı
400 qram toyuğun döş əti
2 ədəd yumurta
Un, duz, istiot

Hazırlanması:
Kahı yarpağını əlinizlə hissələrə bölün. Qırmızı kələm və xiyarı saman şəklində doğrayın. Bir qaba sirkə, limon suyu, krem və xardal əzməsi əlavə edib qarışdırın. Sonra bir çimdik şəkər, duz və istiot qatın. Saxlamadan qarışdıraraq az-az 6 qaşıq zeytun yağı əlavə edin. Zövqünqzə görə xırda doğranmış cəfəri də səpə bilərsiniz.

Toyuq ətini nazik şəkildə doğrayın. Duz, istiot vurun. Sonra üzərinə un gəzdirin. Sonra çalınmış yumurtaya salıb, qalmış zeytun yağında qızardın. Sonda isə hamısını qarışdırın. Zövqünüzə görə pomidor ilə bəzəyə bilərsiniz.
 

0 şərh