Kərə yağında yumurta

Yumurtanın nə qədər faydalı qida olduğunu bilirik. Mütəxəssislər hər gün səhər yeməyində 1 yumurta yeməyi vacib hesab edir. Amma yumurtanı bu cür bişirib yesəniz, həm sağlam olar, həm də doyumlu, sizi uzun müddət tox tutar. Ona görə də oruc tutanlara bu yeməyi imsakda yemək tövsiyə olunur.

Ərzaqlar:
2 ədəd yumurta
1/2 yemək qaşığı kərə yağı
1/2 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı qırmızı pulbibər
1 çay qaşığı quru nanə
Duz

Hazırlanması:
Yumurtaları yuyub, kiçik dərin qazanda 7-10 dəqiqə qaynadın. Qaynatdığınız yumurtaların qabıqlarını soyduqdan sonra uzununa iki yerə bölün.

Daha sonra kiçik bir tavaya yağ töküb əridin. Üzərinə qırmızı toz bibəri əlavə edib, qarışdırın. Yumurtaların içi alta düşəcək şəkildə tavaya qoyun. Üzərinə duz, nanə və qırmızı pulbibər səpin. 2-3 dəqiqə vam odda bişirin. Nuş olsun!
loading...
 

1 şərh

shahinqasimzade
Ləzzətli olar məncə ☺