Evdə kartof çipsləri

İnqridientlər:
2 dənə nazik qabıqlı kartof
Sirkə (yumaq üçün)
Duz
İstiot
Zeytun yağı

Hazırlanma qaydası:
Kartofları yaxşıca yuyun və nazik-nazik dilimləyin. Dərin bir kasanın içinə su doldurun. Suya duz və sirkə tökün, kartofları həmin suyun içində qarışdıraraq yaxalayın. Sonra həmin suyu süzün, kartofları adi suyla durulayın, kağız salfetlə qurudun. Kartof dilimlərinin üstünə duz, istiot və zeytun yağı töküb qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə kartofları yan-yana düzün.

175 dərəcədə əvvəldən isidilmiş sobada 15 dəqiqə bişirin. Qabı sobadan çıxarıb kartofları tərs çevirin və hər tərəfi qızarana qədər təkrar bişirin. Artıq kartof çipsiniz servisə hazırdır.
Nuş olsun!
 

0 şərh