Yağlı bibər turşusu

Tərkibi:
1 kq qırmızı bibər
1 stəkan sirkə
1 stəkan duru yağ
10 -12 diş sarımsaq
Duz

Hazırlanması:
Əvvəlcə bibərləri yuyub təmizləyin və istədiyiniz ölçüdə doğrayın. Duru yağı, sirkəni geniş bir qaba əlavə edib ocağa qoyun. Həmin qarışım qaynamağa başladıqda bibərin hər iki tərəfini qızartmağa başlayın.

Daha sonra 2-3 diş sarımsağı balonun dibinə qoyub üstünə qızaran bibərləri yerləşdirin və duz səpin. Bunu bibərlər bitənə qədər davam etdirin.

Daha sonra qabda qalan yağı süzərək balona boşaldın və üzərinə duz, sarımsaq əlavə edib balonun qapağını bağlayın. Sonra balonu bir neçə dəfə ağzı aşağı çevirib düzəldin. Bunu onun üçün edin ki, balondakı yağ və duz bir-birinə yaxşı qarışsın. Tamamilə soyuduqdan sonra turşunu mütləq soyuducuda saxlayın. Nuş olsun!
 

0 şərh