Qiyməli pizza

Lazım olan ərzaqlar:
(30 smlik pizza üçün)
250 qr un (təxminən 1,5 stəkan)
150 ml su (təxminən yarım stəkan)
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı şəkər tozu
0,5 çay qaşığı duz
0,5 çay qaşığı maya

Üzəri üçün:
1 xörək qaşığı ketçup
Qurudulmuş ağ reyhan (bazilik)
Bibər
Pomidor
150-200 qr qovrulmuş qiymə
Mozarella pendiri

Hazırlanması: Əvvəlcə xəmir üçün lazım olan ərzaqları mətbəx kombaynının qabına tökün. Həmişə instant maya (yəni isladılmağa ehtiyac olmayan maya) istifadə etdiyim üçün mayanı birbaşa xəmirə digər ərzaqlarla birlikdə əlavə etdik. Mətbəx kombaynını işə saldım və çox tez zamanda, təxminən 10-12 dəqiqəyə hazır xəmiri aldıq. Xəmiri qaba qoyub üzərinə sellofan örtüb 30 dəqiqə saxladıq.

Pizzanı bişirəcəyim tavanı yağlayıb xəmiri nazik şəkildə əlimlə yaydıq. Üzərinə mayonez,ketçup və quru reyhan (bazilik) qarışığı çəkib, doğranmış bibər və pomidoru düzüb 15-20 dəqiqə 230 dərəcədə xəmir azca qızarana qədər bişirdik. Bu vaxt ərzində pizza üçün lazım olan pendiri xırdaladıq. Pizzanı sobadan çıxarıb əvvəlcədən soğan ilə qovrulmuş qiymə tökdüm və pendiri hər tərəfinə səpib yenidən sobaya 5-7 dəqiqəlik qoyduq. Pendir əriyib bir az qızaranda pizza hazır oldu.
 

0 şərh