Zefir

Tərkibi:
1 litr kefir
175 qr yağsız xama
1 stəkan şəkər tozu
2 x/q jelatin
2 stəkan su
yarım paket vanil

Hazırlanması:
Jelatini 2 stəkan ilıq suda 30-40 dəqiqə müddətində isladın. Sonra aşağı odda durmadan qarışdırıb, ocaqdan götürün. Soyumağını gözləyin. Bu müddətdə kefir, xama, vanil və şəkər tozunu mikserlə 5-6 dəqiqə qarışdırın. Jelatini kütləyə əlavə edib,5 dəqiqə də qarışdırmağa davam edin.

Hazır kütləni geniş siniyə töküb, soyuducuya qoyun. Tam soyuyub, bərkidikdən sonra, deserti ya bıçaqla ya da qurabiyə formaları ilə kəsib, süfrəyə verin. 

Bu ləziz desertin üzərinə müxtəlif xırda doğranmış çərəzlər və ya mürəbbə dənələri də səpib süfrəyə verə bilərsiniz. Lakin bu zaman onun kalori dəyəri artır. İstənilən halda Sizə nuş olsun!
 

0 şərh