Dilbər dodağı

Ərzaqlar:
  • 5 stəkan un
  • 2 yumurta
  • 1 stəkan qatıq
  • 1 stəkan duru yağ
  • 1 xörək qaşığı sirkə
  • 1 qabartma tozu
  • 1 çay qaşığı duz
  • İri doğranmış qoz
  • Xəmiri asan açmaq üçün qarğıdalı nişastası

Üzəri üçün lazım olanlar:
  • 100 qr kərə yağı
  • 2 xörək qaşığı duru yağ

Şərbəti üçün:
  • 4 stəkan şəkər tozu
  • 4 stəkan su
  • Yarım limon suyu

Şərbətin hazırlanması:
QEYD: Bildirək ki, bu resepti hazırlayarkən şərbətin soyumasını gözləyəcəyiniz üçün onu əvvəlcədən hazırlamağınız məsləhətdir. Dərin bir qazana su və şəkər əlavə edərək qaynadın. Təxminən 5 dəqiqə qaynatdıqdan sonra üzərinə limon suyu tökün və qazın odunu azaldaraq 20 dəqiqə daha qaynadın. Şərbət mət hala gəldikdə ocaqdan götürün və soyumağa qoyun.

Xəmirin hazırlanması:
  • Yumurta, yağ, sirkə və duzu bir qabda qarışdırın. Ardından un və qabartma tozunu əlavə edin. Ələ yapışmayan yumşaq bir xəmir halına gəlincə iki bərabər hissəyə bölün və hər parçadan 12 kiçik kündə hazırlayın. Hazırladığınız kündələri unlu bir sininin üzərinə düzün və təxminən bir saatsaxlayın.
  • İlk 12 kündəni tək-tək, altına və üstünə nişasta səpərək yayın. Yaydığınız kündələri aralarına yenə nişasta səpərək üst-üstə düzün və 4 mm qalınlığında tək bir yuxa halına gəlincəyə qədər təkrar yayın.
  • Digər 12 kündəyə də eyni prosesi tətbiq edin. Yaydığınız yuxaları yuvarlaq bir qəliblə kəsin. İstəsəniz, stəkandan da istifadə edə bilərsiniz. Kəsdiyiniz dairələrin arasına iri doğranmış qozu qoyun və bağlayaraq soba qabına yığın.
  • Kərə yağı və duru yağı kiçik bir tavaya əlavə edərək əridin. Daha sonra soba qabına yığdığınız şirniyyatların üzərinə sürtün. 190 dərəcəlik sobada qızarana qədər bişirin. Bişən şirniyyatların üzərinə soyumuş şərbəti tökün. Dilbər dodağı şirniyyatı şərbəti çəkdikdən sonra üzərinə qoz əlavə edə bilərsiniz.

0 şərh