Balqabaqlı çizkeyk

Tərkibi:
500 qr soyulub dilimlənmiş balqabaq
500 qr pendir
3 yumurta
2 xörək qaşığı un
1 stəkan yarım şəkər tozu

Altı üçün:
1 paket yulaflı peçenye
1 yemək qaşığı kərə yağı

Üzəri üçün:
100 ml krema
1 çay qaşığı pudra şəkəri

Hazırlanması:
Balqabağı qaynadıb suyunu süzün və soyumasını gözləyin. Bu arada peçenyeni rəndələyib un halına gətirin. Kərə yağını əridib əlavə edin və yaxşıca yoğurun. Bu qarışımı dibini və kənarlarını yağlayıb, yağlı kağız sərdiyiniz 21 sm-lik soba qabının dibinə yayın və soyuducuya qoyun.

Pendirli qarışım üçün pendiri dərin bir qaba əlavə edib, krem halına kələnə qədər qarışdırın. Daha sonra balqabağı əlavə edib bir yerdə yaxşıca qarışdırın. Buraya şəkər tozunu, yumurtanı və unu da əlavə edib qarışdırmağa davam edin. Qarışımı soyuducudan çıxardığınız biskvitli soba qabının üzərinə yayın və sobaya qoyun. 160 dərəcədə üzəri qatılaşana qədər (1 saatı keçə bilər) bişirin.

Daha sonra sobanı söndürüb qapağını açmadan keksin soyumasını gözləyin. Soyuduqdan sonra krem və pudra şəkərini çırpıb üzərini bəzəyin. 1 gecə soyuducuda saxladıqdan sonra servis edin. Nuş olsun!
 

0 şərh