Рейтинг
+25.73

Kulinariya

25 üzv, 639 topik

Dadlı zeytun salatı

Tərkibi:
250 qr yaşıl zeytun
150 qr qara zeytun
6-7 ədəd qurudulmuş pomidor (yoxdursa təzə pomidordan da istifadə etmək olar)
Cəfəri
Nanə
Ağ küncüt
Zeytun yağı
Nar
Qoz ləpəsi
Limon
Davamı →
 
loading...

Tər halva

Ərzaqlar:
400 qr əla növ buğda unu
200 qr ərinmiş yağ
250 qr bəhməz və ya 200 qr şəkər tozu
2 qr darçın

Hazırlanma qaydası:
Tavada qızdırılmış yağa un əlavə edib, qızılı rəng alana qədər qovurun. Sonra ona bəhməz və ya şəkər şərbəti qatıb, fasilə vermədən qarışdıraraq qızdırın.

Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar. Bu zaman halvanın keyfiyyəti yaxşılaşır. Nuş olsun!
 
loading...

Turşu qovurma

Ərzaqlar:
1 kq doğranmış qoyun əti
5 ədəd soğan
300 qr şabalıd
15 ədəd albuxara
1 çay qaşığı limon suyu
Yarım çay qaşığı sarıkök
1 stəkan ət bulyonu
Duz, istiot

Hazırlanması:
Əti yuyub bişirin. Şabalıdları çərtib 5 dəqiqə qaynar suda bişirin və çıxararaq qabığını soyun. Albuxaranı 3-4 dəqiqə suda saxlayıb, suyu boşaldın. Baş soğanı halqa şəklində doğrayıb yağda qızardın. Daha sonra əti də əlavə edərək qızardın.
Davamı →
 
loading...

Toyuq piroqu

Tərkibi:
300 qr bişmiş toyuq filesi
50 qr un
2 ədəd yumurta
150 qr süd
50 qr orta yağlığı olan bərk pendir
1/2 çay qaşığı qabartma tozu
Davamı →
 
loading...

Limonlu, zəncəfilli marmelad

Tərkibi:
6 ədəd limon
5-6 santimetr ölçüdə zəncəfil kökü
1 kilo şəkər tozu

Hazırlanması:
Əvvəlcə limonları yuyun və qabığını soyun. Sonra limonu dörd yerə bölüb zədələmədən çay qaşığı ilə çıxarın. Çıxardığınız meyvə qisminin çəyirdəyini ayıraraq mətbəx robotuna qoyun. Limon qabıqlarını kub şəklində doğrayın. Doğranmış limon qabıqlarını bir az su ilə qaynadın və süzün. Süzdükdən sonra dərhal soyuq suyun içinə qoyun. Zəncəfilin də qabığını soyub rəndələyin.
Davamı →
 
loading...

Yuxa kababı

Tərkibi:
400 qr yağlı qıyma
1 ədəd yuxa
1 çay qaşığı bibər tomatı
5 diş sarımsaq
1 ədəd soğan
2 kasa qatıq (servis üçün)
1 çay qaşığı istiot
1 çay qaşığı duz
Davamı →
 
loading...

Çuğundur turşusu

İnqridientlər:
1 kq çuğundur
1 ədəd qırmızı soğan
3 stəkan sirkə
2 xörək qaşığı duz
2-3 diş sarımsaq
2 çay qaşığı
istiot
1 çay qaşığı keşniş toxumu

Hazırlanması:
Çuğundurları yuyun və qabıqlarını nazik şəkildə soyaraq, kub şəklində doğrayın. Daha sonra soğanı halqavari doğrayın. Sarımsaqları isə soyaraq bütöv saxlayın. Orta ölçülü bir ləyəndə çuğundurların üzərinə az miqdarda çıxacaq qədər su tökün. Turşunu hazırlayarkən həmin sudan istifadə edəcəyiniz üçün 5-10 dəqiqə çuğundurlarla birlikdə qaynayan bu suyu atmayın.
Davamı →
 
loading...

Qaymaqlı göbələk şorbası

Tərkibi:
— 200 qr incə doğranmış göbələk
— 1 doğranmış soğan
— 5-6 stəkan qaynadılmış su
— 200 qram qaymaq
— 3 yemək qaşığı un
— 3 qaşıq duru yağ
— 1 qaşıq yarım kərə yağ
— 1 çay qaşığı istiot bibər
— 1 çay qaşığı duz
— 1 dilim qənd
Davamı →
 
loading...

Ceymi Oliverdən mətbəx sirləri

1. Kotletə forma verən zaman əlinizi tez-tez isladın ki, ovcunuza yapışmasın.

2. Tapmadığınız inqredienti digər ərzaqla əvəzləyin, onsuz da dadlı alınacaq.

3. Makaron və ya vermişelin daha dadlı alınması üçün süzərkən, dibində biraz su saxlayın.

4. Limon və digər sitrus meyvələrdən daha çox şirə çıxmartmaq istəyirsinizsə, sıxmazdan öncə masa üzərində əlinizlə basaraq, yuvarlayın.

5. Kartofu soyub, yuduqdan sonra, üzərini ya dəsmal ya da salfetlə örtün ki, suyunu çəkib, bişdikdən sonra daha ləzzətli olsun.
Davamı →
 
loading...

Balqabaqlı çizkeyk

Tərkibi:
500 qr soyulub dilimlənmiş balqabaq
500 qr pendir
3 yumurta
2 xörək qaşığı un
1 stəkan yarım şəkər tozu

Altı üçün:
1 paket yulaflı peçenye
1 yemək qaşığı kərə yağı

Üzəri üçün:
100 ml krema
1 çay qaşığı pudra şəkəri
Davamı →
 
loading...