Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Klassik Olivye salatı

Bu salat XIX əsrdə Rusiyada fransız aşbazı Lyusyen Olivye tərəfindən hazırlanıb.
Sovet vaxtında salatın tərkibi xeyli dəyişildi və indi biz məhz bu sovet salatını «Olivye» kimi tanıyırıq və sevirik. Salatın müxtəlif reseptləri var. Sizə bu salatın klassik reseptini təqdim edirik.

Davamı →

Badımcan ləvəngisi

“Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza badımcan ləvəngisinin hazırlanma qaydasını təqdim edəcəyik.
İnqrediyentlər
  • 12 ədəd kiçik ölçülü təzə badımcan
  • 200 qr. üyüdülmüş qoz
  • 3 ədəd baş soğan
  • 100 qr. yağ
  • 2 x.q. zoğal axtası
  • Zövqə görə duz, istiot

Davamı →

Şərq qəhvəsinin hazırlama qaydası

Qədim tarixi olan qəhvənin dövrümüzə qədər gəlib çatan müxtəlif hazırlanma üsulları var.
Qəhvə insanların hər gün içdiyi içkilərdən biridir. Qədim tarixi olan qəhvənin dövrümüzə qədər gəlib çatan müxtəlif hazırlanma üsulları var. Hər xalq özünə məxsus şəkildə qəhvəni hazırlayıb içir. Yorğunluğu çıxarıb, insanı gümrahlaşdırdığı üçün iş yerində, dərs oxuyan zaman və s. hallarda qəhvədən istifadə edir.

Davamı →

Maklubenin resepti

Ərəb sözü olan maklube türkçə tərsinə çevrilmiş və ya dönmüş deməkdir.
Bu gün oxucularımıza Türkiyə mətbəxinin müstəsna yeməklərindən maklubenin reseptini təqdim edəcəyik.
Maklube, Anadolu bölgəsinin dəyərli yeməklərindəndir. Maklube ən çox evə gələn dəyərli qonaq üçün hazırlanır. Bundan əlavə bu yemək növünü son zamanlarda ən çox tələbələr və gənclər arasında sevilən yeməklər sırasındadı. Maklube, ərəb sözdür. Türkçə tərsinə çevrilmiş və ya dönmüş mənasını bildirir.

Davamı →

Fincanda keks

Müxtəlif formalarda və rənglərdə hazırlayacağınız bu kekslər uşaqlarınızın çox xoşuna gələcək.
Təəccübləndirməyi sevənlər hər zaman bunun üçün nələrsə axtarıb, tapır. Yenilik hər zaman belə insanların həyat tərzidir. Geyimdən tutmuş yeməklərə qədər fərqliliyi sevən insanlar gözəl nəticə əldə edənə qədər sakitləşmirlər.

Davamı →

Şirniyyat yemək hissinizi bu sağlam reseptlərlə yatışdırın

Bir çoxlarının  qidalanma proqramında qırılma nöqtələrindən biri də şirniyyat yemə krizinə girməkdir.
Şirniyyat yemə krizlərini asanlıqla yatışdıra biləcək, eyni zamanda sağlamlıq üçün faydalı olan bir neçə resepti təqdim edir:
Bu şirniyyatlar həm az kalorilidir, həm də fit qalmağınıza kömək edir,  maddələr mübadiləsini sürətləndirir, həm lif baxımından zəngindir, həm də uzun müddət insanı tox tutur. 

Davamı →

Qış üçün salat, şoraba, turşu reseptləri

Yayın sonu, payızın əvvəlindən başlayaraq evdar, büdcəsini düşünən və pula qənaət etməyi bacaran, ailəsinə sağlam qida hazırlamağı üstün tutan  xanımlar qış üçün hazırlığa başlayırlar.
Marinada qoyulmuş soğanla tərəvəz salatı
Ərzaq: 2 kq baş soğan, 1 kq şirin qırmızı bolqar bibəri, 1 kq xiyar, 1.5 stəkan sirkə, 2 xörək qaşığı duz.
Soğan, xiyar və bibəri iri halqalara doğrayırıq. Sonra onları lay-lay sterilizə edilmiş bankalara yığıb üstünə qaynar marinad tökürük. Bankanı 20 dəqiqə pastrelizə edirik və bağlayırıq. 

Davamı →

İstilərə sərinlik qatacaq ən dadlı kofe reseptləri

Kofesevərlər üçün mövsümün soyuq və isti olması əhəmiyyətli deyil. Yayın istisində belə özünü kofesiz təsəvvür etməyənlər üçün bir neçə resept var.
Evdə rahatlıqla hazırlaya biləcəyiniz soyuq kofe reseptlərini təqdim edirik:
Klassik buzlu frappe
Ərzaqlar: dabl espresso, 1/3 su stəkanı buz, 100 ml süd, şəkər və ya şokolad siropu.
Üzərinə: rəndələnmiş şokolad və kofe çəyirdəkləri.

Davamı →

Limon mürəbbəsi necə hazırlanır?

Yəqin ki, bir çox insan “limon mürəbbəsi” ifadəsini eşitməyib. Amma bu meyxoş meyvənin mürəbbəsi də digərləri qədər dadlı ola bilir. Limon mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.
Ərzaqlar:
4 ədəd limon
1 stəkan su
2 stəkan şəkər tozu

Davamı →