Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Göbələk şorbası

Ərzaqlar:
50 qram kərə yağı
500 q göbələk
Soğan — 2 ədəd
Qaymaq (20-25 % yağlı ) 500 ml
Duz
İstiot

Hazırlanması:
İlk olaraq soğanları xırda-xırda doğrayın. Təmiz yuduğunuz göbələkləri mətbəx robotundan keçirib soğanın içinə qatın. Kərə yağında 10-15 dəqiqə ərzində qızardın.

Qaymağı bir qazana töküb göbələk-soğan qarışımını üzərinə töküb orta istilikdə qaynayana kimi bişirin. Zövqə görə duz, istiot əlavə edin.

Nuş olsun!


Davamı →

Kokoslu peçenye

Bu kokoslu peçenyelər həm kövrək, həm yumşaq, həm də ki bir qədər xırt-xırtdırlar. Hazırlanması asan, qurtarması isə ondan da asan bu peçenyeləri çox bəyənəcəksiniz.
Davamı →

Düyülü mini kekslər

Tərkibi:
120 qr kərə yağı
100 qr şəkər tozu
40 qr qara şəkər tozu
40 qr düyü unu
30 qr un
30 qr nişasta
10 qr vişnə suyu
5 qr quru maya
2 ədəd yumurta
Yarım paket vanil
Limon qabığı rəndəsi
Duz
Şəkər pudrası


Ardı →

Kiyev kotleti

İnqridientlər:
toyuqun döş əti — 2 ədəd
kərə yağı — 40 qr.
sarımsaq, şüyüd, duz
yumurta -2 ədəd
suxarı qızartma üçün
bitki yağı

Hazırlanması:
Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducda dondururuq.

Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar.

Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7-8 dəqiqə ərzində frityurda bişirilir.

Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.


Davamı →

Evdə hamburger küftəsi

Tərkibi:
500 qram orta yağlı dana döş ətindən hazırlanmış qiymə (2 dəfə ət maşınından keçirilməlidi)
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 xörək qaşığı kərə yağı

Hazırlanması:
Qiymə, istiot və duzu geniş bir qabda 2-3 dəfə yaxşıca yoğurun. Əgər çox yoğursanız kiftələr sərt möhkəm ola bilər ona görə 2-3 dəfədən artıq yoğurmayın.

Qiymədən 4-5 ədəd kiftə hazılayın. Kiftələrin içərisinə balaca kərə yağı qoyun. Bişirmədən əvvəl 1 saat qapalı bir qabda saxlamağı məsləhət görərdik. Bişirməkdən 15 dəqiq əvvəl çıxarıb bişirə bilərsiz.

Əgər istəsiniz bu kiftənin tərkibinə 1 ədəd baş soğan, cəfəri və biraz çörək unu əlavə edə biərsiz.

Nuş olsun!
Davamı →

Omlet-sendviç

Tərkibindəkilər:
4 ədəd yumurta
1 stəkan süd
1 xörək qaşığı kərəyağı
1 çay qaşığı duz
1 ədəd pomidor
İstədiyiniz göyərti
30 qr pendir

Hazırlanması: 
Dərin bir qaba yumurtaları çırpın. İçinə duz əlavə edib qarışdırın.

Tavada kərəyağını əridin, yumurtalı qarışmı qatıb 4 dəqiqə qarışdırmadan bişirin.

Hazır omletin üzərinə digər ləvazimatları doğrayıb əlavə edin və ikiyə qatlayıb süfrəyə verin. Nuş olsun!


Davamı →

Şokoladlı peçenyelər

Lazım olan məhsullar:
— kərə yağı — 200 qr
— şəkər tozu — 150 qr
— un — 1,5 stəkan
— kakao — 3 xörək qaşığı
— qabartma tozu — 1 çay qaşığı
— vanilin — 1 paket

Hazırlanması:
1. Yumşalmış yağ şəkərlə və vanilinlə yaxşı qarışdırılır.
2. Sonra yumurta əlavə olunur və yenə də yaxşı qarışdırılır.
3. Daha sonra un, qabartma tozu və kakao əlavə olunur, yaxşı qarışdırılır və yumşaq elastik xəmir yoğurulur.
4. Xəmiri sellofan plyonkaya bükülür və 1 saat ərzində soyuducuda saxlanılır.
5. Daha sonra xəmir 1 sm qalınlığında yayılır, ürək formasında kəsilir (xüsusi formanın köməyi ilə) və perqament kağızı sərilmiş tavaya düzülür.
6. Peçenye 160 C qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirilir.

Nuş olsun!


Davamı →

Manna yarması

Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2, В6, Е, PP  vitaminlərlə və mikroelementlərlə zəngindir, tez mənimsənilir, kalorilidir, insanı uzun müddət tox saxlayır. Manna sıyığı cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq xəstəlikləri və xroniki böyrək çatışmazlığı zamanı əvəzedilməz bir qidadır. Lakin artıq çəkisi olan, ateroskleroz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanlara manna sıyığı yemək tövsiyyə olunmur.

Hazırda pediatrlar 1 yaşına qədər olan uşaqlara da manna sıyığı verməyi tövsiyyə etmirlər. Həkimlərin fikrinə görə 1 yaşına qədər olan uşaqların mədə-bağırsaq sistemi karbohidratları həzm etməyə hələ ki hazır deyil. Manna yarması isə  bir çox yarmalar kimi karbohidratlarla zəngindir.


Ardı →