Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Ən dadlı qəhvənin hazırlaması

2 fincan qəhvə üçün lazım olan inqrediyentlər:
hazır qəhvə – 200 ml.
süd – 250 ml.
şəkər – 3 x.q.
qaymaq – 2 x.q.

Hazırlıq prosesi:
Südü şəkərlə qaynadın, sonra odun üstündən götürün, üzərinə qaymaq əlavə edib yaxşıca qarışdırın. Südün üzərinə qabaqcadan hazırlanmış tünd qaynar qəhvə əlavə edin və hamısını qarışdırdıqdan sonra fincanlara süzün.

Albalılı qəhvə
2 fincan qəhvə üçün lazım olan inqrediyentlər:
hazır qəhvə – 200 ml.
albalı şirəsi – 2 x.q.
şokolad siropu – 3-4 x.q.
şirnili qaymaq – 50 ml.,
sürtkəcdən keçirilmiş şokolad – 1 x.q.
şəkərləndirilmiş albalılar – bəzək üçün.
Ardı →

Narşərab

Evdə hazırlanan nar şərabı daha dadlı və nar dadında olur. Ənənəvi narşərabı hazırlayarkən narın dənələri təmizlənir və suyu çıxarılır, süzülür.

Odun istisində saatlarla qatı hala gələnə kimi qaynadılır. Nar şərabı üçün turş nar istifadə etmək lazımdır. 15 kq nardan 1 litr narşərab çıxır.

Ərzaqlar:
5 kq nar

Hazırlanması:
Portağalın suyunu sıxmaq üçün istifadə edilən preslə narın suyunu sıxın. Pres yoxdursa, narı dənələrə ayırıb blenderdən keçirin.

Daha sonra bir camda vam odda qatı hala gələnə kimi qaynadın. Ya da 130-150 dərəcə isidilmiş sobada bəhməz halına gələnə qədər 5 saat bişirin.

Bişdikdən sonra soyudub şüşə qablara boşaldın. İşıq düşməyən və sərin bir yerdə saxlasanız, daha uzun müddət istifadə edə bilərsiz. 


Davamı →

Türk qəhvəsi

 kofeTürk qəhvəsi yalnız Türklər tərəfindən hazırlanan, özünəxas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.

Tarixinə nəzər salsaq görərik ki, Türk Qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan İstanbula gətirilmiş və zamanla Osmanlılardan Avropaya keçmişdir. Avropada qəhvə uzun müddət Türk Qəhvəsi olaraq təqdim edilmişdir. Türk mədəniyyətinə xas güğüm(səhəng) və qəhvədanlarda bişirildiyi üçün Türk qəhvəsi olaraq xatırlanmağa başlanmışdır. O dövrdə açılan qəhvəxanalar sayəsində Türk xalqı qəhvə ilə tanış olmuşdur. Qəhvəxanalar söhbət edilən, oyun oynanan ictimai yerlərdir və Türk mədəniyyətində əhəmiyyətli bir yer tutmaqdadırlar.

Hazırlanması da olduqca maraqlıdı. Türk qəhvəsi istəyə görə sadə, az şəkərli, orta şəkərli və çox şəkərli olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər su götürülür və həmin su qəhvədana tökülür. Bu çox qısa bir müddətdə olur və dərhal bu qarışıq qarışdırılır. Məsələn, bir adama orta şəkərli qəhvə bişirmək üçün, bir fincan soyuq su, iki dolu çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana qoyulur. Qəhvədan az atəşli ocağa alınır və suyun üstündəki qəhvənin tamamilə çökməsi gözlənilir. Yaxşıca qarışdırılan qəhvə az atəşdə ağır-ağır bişirilir. Qısa bir müddətdə qəhvənin üzərində köpük meydana gəlməyə başlayır. Bu köpük və qəhvənin bir qismi soyuq olmayan fincana boşaldılır. Daha sonra qəhvədandakı qəhvə təkrar köpürənə qədər ocaqda tutulur və sonra qalan qisim də fincana boşaldılır.


Ardı →

Mannalı mini toplar

Tərkibindəkilər:
3 st süd
7 xörək qaşığı şəkər tozu
7 xörək qaşığı manna
1 paket krem şanti

Üstü üçün:
1 st hindistan qozu
1 st çiy badam

Hazırlanması:
Geniş bir qaba manna, süd və şəkər tozunu əlavə edin. Qatı hala gələnə kimi bişirin. 

Arada tez-tez qarışdırın. Bişən qarışıma bir paket krem şantini əlavə edin. Qarışımdan yumru toplar hazırlayıb hindistan qozuna  batırın. Əlinizə yapışmamsası üçün arabir əlinizi soyuq suya salın. Üzərinə badam batıraraq süfrəyə təqdim edin.

Nuş olsun!


Davamı →

Pizza Resepti

Əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl İtalyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur. Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.

Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:

  • 4 stəkan yarım (607.5 q) ağ un
  • 1 + dörtdə üç çay qaşığı duz
  • 1 çay qaşığı toz maya
  • dörtdə bir stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
  • 1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C – buz kimi soyuq olmalıdır)
    1 xörək qaşığı şəkər tozu

Ardı →

Pərpətöyün turşusu

Pərpətöyündən sarımsaqlı qatıqla salat hazırlamaqdan savayı daha nə etmək olar? Əlbətdə ki turşuya qoymaq. Hazırlayın, çox güman ki bu dadına baxdığınız ən ləzzətli şey olacaq. Mən bu dadı çox sevirəm.  Xırçıldayan, xoş turşməzə, maraqlı tamı olan pərpətöyün turşusu xüsusi ilə ət yeməkləriylə birgə yeyiləndə gözəl olur. 

Tərkibi:
2 litrlik banka üçün
1 kq pərpətöyün (gövdə və yarpaqlarıyla birgə)*
5-6 diş sarımsaq 4 quru dəfnə yarpağı
5-6 qara istiot dənəsi
3 xörək qaşığı iri xörək duzu
4 fincan üzüm sirkəsi ilə 2 fincan suyun qarışığı

Hazırlanması:
Qaynar suda istifadə ediləcək banka sterilizə edin və tamamilə qurudun. Pərpətöyünün kökünü kəsib təmizləyin. Yarpaqlarından və gövdəsindən torpaq təmizlənənə qədər yaxşıca yuyun. Aşsüzəndən suyunu tamamilə süzün.

Pərpətöyünü bankaya yığın,sarımsaq,dəfnə yarpağı,istiot dənələri və duzu üzərinə əlavə edin. Sirkə+su qarışığını bankadakı pərpətöyünün üzərinə çıxanadək tökün. Bankanın ağzını möhkəm bağlayın. Ədviyyat bankanın hər tərəfinə bərabər yayılsın deyə bir neçə dəfə yüngülcə bankanı o yana-bu yana çevirin. İstifadə etməzdən öncə ən azı 4-5 gün sərin yerdə saxlayın.
Ardı →

Badımcanlı, noxudlu bulğur plovu

Tərkibi:
3 xörək qaşığı (100 q ) kərə yağı
2 stəkan bulğur
1 stəkan şabalıd
1 çay qaşığı istiot
1 xörək qaşığı quş üzümü
1 stəkan qaynanmış noxud
2 çay qaşığı duz
4 stəkan isti su

İçi üçün:
2 xörək qaşığı kərə yağı
2 ədəd balaca və kub şəklində doğranmış badımcan
2 çay qaşığı duz

Üstü üçün:
2 xörək qaşığı nazik doğranmış şüyüd


Ardı →

Sarımsaq turşusu

Sarımsağı çox xoşlayıram. Təzə sarımsağı da, diş sarımsağı da, turşusunu da. Bəs siz necə? Xoşlayırsınız? Qış aylarında turşu sarımsaq xəmir xörəklərinin yanında yaxşı gedir. İndi ki, soyuq qış ayları yaxınlaşır (düzü burada o qədər soyuq olmur, amma yenə də qış qışdır), turşu düzəltməyin tam vaxtıdır.

Sarımsaq Turşusu
Qeyd: Sarımsaq bankalarda 2 il belə qala bilər. Nə qədər çox qalsa, bir o qədər dadı yaxşı olar.

1 litrlik banka üçün

Ərzaqlar:
10 baş sarımsaq (təxminən yarım kilo)
4 ədəd dəfnə yarpağı
4 ədəd mixək
5-6 ədəd yumru qara istiot
2 xörək qaşığı iri duz
Təxminən 2 stəkan üzüm sirkəsi 

Hazırlanma Qaydası:
Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.

Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.

Bankanı bağlayın. Ehmallıca o tərəf bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.

azcookbook.com 


Davamı →

Balqabaq şorbası

Ərzaqlar:
Balqabaq – 300 q
Kərəviz -150 q
Kök – 150 q
Zəncəfil kökü – 1 ç.q
Soğan – 1 baş
Sarımsaq – 1 diş
Zeytun yağı – zövqə görə
Yaşıl bibər – 1 əd

Hazırlanması: (45 dəq)
Balqabaqla kökü iri kub şəklində doğrayıb, üzünə çıxana kimi su əlavə edin. Zövqə görə duzlayıb, yumşalana qədər qaynadın.

Soğan, kərəviz və sarımsağı xırdalayıb, zeytun yağında qızardın. Sonra balqabaqla kökün üstünə qızarmış tərəvəzləri və sürtgəcdən keçirilmiş zəncəfil kökünü əlavə edib, blenderda xırdalayın.

Zövqünüzdən asılı olaraq zolaq və yaxud kub şəklində doğranmış bibər və quru çörəklə süfrəyə verin.


Davamı →