Kulturologiya və mənəviyyat


Kulturologiya elmin aktual məsələlərindən biri də mənəviyyatdır.Kulturologiya mənəviyyatı cəmiyyətin əsası sayır. Deməli, əsassız cəmiyyət mənəviyyatsız cəmiyyətdir.Mənəviyyat anlamının kulturologiya elmi-nöqteyi nəzərdən şərhini vermək günun aktual problemləri sırasında gedə bilər.

  Mənəviyyat insanın daxili dünyası ilə cəmiyyət, təbiətlə bağlı  münasibətlər toplusudur.Mənəviyyat dedikdə din, incəsənət  ,əxlaq etika, estetika, və s. başa düşülur.Mövcud cəmiyyət mənəviyyatın ailə, din, vətənpərvərlik vasitəsi ilə əldə edildiyini qeyd edir.

   Mənəviyyat mövzusuna müraciət etməkdə məqsəd müasir Azərbaycan cəmiyyəti konteksində mənəviyyat anlamının yeri, əldə edilməsi,  elit təbəqə və mənəviyyat problemləri olmuşdur.

    Qısa olaraq tariximizə  kulturoloji olaraq ekskurs  edərəkdən nəzər salsaq görərik ki, tarixdə başımıza gələn başlıca bəlaların ana səbəbini məhz mənəviyyatsızlığımız olmuşdur.Tariximiz kökundə bir məvəviyyatsızlıq problemi durmuşdur.Həmişə maddiyyatı üsün tutmaqla mənəviyyatı maddiyyata qurban vermişik. Heçdə tarixdəki bəlalərin bütün səbəblərini mənəviyyatsızlıqda görmurəm.Lakin əksər hadislər biləvasitə məvəniyyatla bağlıdır.

 Mənəviyyat dedikdə təkcə dini baxışları, əqidəni incəsənət nəzərdə tutmuram.Mənəviyyatda çox geniş anlamlar ehtiva olunmuşdur.Buraya  biz mentalitet kimi bir anlayışı daxil edə bilərik.Mentalitet anlayışı hər xalqın düşüncə tərzi, həyat tərzi və s. ilə müəyyən olunan bir anlamdır.

  Mentalitetdə beynəlmiləlçilik kateqoriyası  artıq qloballaşmaya gətirib çıxarır.Bildiyimiz kimi bizim xalqın özünəməsus adət-ənənələri, düşüncə, həyat tərzi vardır.Amma biz qədimdə qalan soykökumuzə bağlı olan, bu adət-ənənələrimizi, fikirləşmək, təfəkkür, zəka tərzimizi yad bir mentalitetə dəyişdirmək bizim məvəviyyatımıza bir başa ziyan vurur.Biz qlobal anlayışdan çox tez-tez istifadə edrik.Ancaq qloballaşmaq yad elin adəti düşüncə tərzi ilə müəyyən olunmur.Və yaxud yad elin  fikirləşmək tərzi ilə yaşamqla deyildir.(Buraya çoxlu subanlayışlar daxildir) .Çünki bunlar biləvasitə mənəviyyatla bağlı məsələlərdir.

Məs:Biz Avropalının düşünub ixtira ediyi vasitlərdən isifadə edə bilərik.Avropa mənşəli gemiydən, avropa istehsallı maşından istifadə edə bilərik.(Burada mənəviyyatı gözləməklə) .Amma burada bizim mənəviyyata yaraşmayan ənənəvi olamyan vəziyyətlər olmamalıdır.

Bir avropalının istehsallı geyim bizə müvafiq olmalıdir ki, ondan istifadə olunsun.Yoxsa avropa mənəviyyatını özumuzə tətbiq etmək qətiyən düzgun deyildir.

Mövzumun əsas məğzı tamamilə başqadır.Azərbaycan cəmiyyətində, gündəlik, ictimai yerlərdə  hər an görduyumuz  məvəviyyatsızlıqlar insanı həqiqtən günhana sürükləyir.

Cəmiyyətimizin geyimindən tutmuş təhsilinə qədər hamsının kökundə bir mənəviyyatsızlıq sindromu vardır.Azərbaycan mentelitetinə yaraşmayan hərəkətlər (etik normaların kəskin pozulması), sözlər, əməllər, geyimlər(sözsuz burada insan ləyaqətinə ləkə gətirən geyimlər nəzərdə tutulur) öz danışığı duruşunu bilməyən insanlardan nə qədər istəsən yazmaq olar.Təhsilizmizdə başlıca problemlər sırasına “obyektiv”-liyin olmaması, şəffaflığın zəifliyi, mənəviyyatsız vəziyyətlər və s. bütün bunlar ana xətt təşkil edir.

Bütün cəmiyyətimizdəki, problemlərin kökunu axtarsaq onların rüşeymində bir mənəviyyatsızlıq sindromunu  görərik.Obyektiv olaraq qeyd etməliyəm ki, toxunduğum məsələdə konkretlikdən daha çox umumiliyə (daha  çox toxunulmuşdur) meyillik özunu təzahür etdirir .Bununda başqa bir səbəbi vardır.Yaşadığımız əsr elm-texnika, təhsil əsri olsada mümkun qədər, mənəviyyata fikir vermək lazımdır.Kim maddi cəhətdən zənginliyi  onun mənəvi cəhətdən zənginli ilə üst-üstə duşmur .Çox vaxt maddiyyat  mənəviyyata üstün gəlir.Həyatdə belə bir prinsiplə yaşayaq ki, özumuz əməl etmədiyimiz işləri başqasına da rəva bilməyək.Vaxti ilə Sədi Şirazi (bu günki dövrə də şamil etmək olar )  dövr üçün yaxşı  deyib öz dediklərinə əməl etməyən alim əlində çıraq gəzdirən kora bənzəyir.Gəl  bizdə S.Şirazi demişkən o, kor alimlərdən  olmayaq.

  Müəllif:Camal Rzayev Kulturoloq ADMİU

0 şərh