Kürdəmir

Kürdəmir – Azərbaycan Respublikasında rayon. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir.

Kürdəmir – «Kür Dəymir» sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə «Y» sammiti assimilyasiya (aşınma) olmuş və «Kürdəmir» şəklində işlənmişdir.

Kürdəmir rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzündədir. Relyefi düzənlikdir. Ərazisinin çox hissəsi dəniz səviyyəsindən aşağıdadır. Antropogen çöküntülər yayılmışdır. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl tiplidir. Çay şəbəkəsi seyrəkdir (Girdiman və Ağsu çaylarının aşağı axını). Əsasən boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Kserofit kolluqlar və tuqay meşələri var. Çöldonuzu, canavar, tülkü, gəmiricilər, gürzə, turac, kəklik və s. məskunlaşmışdır. Bəzgək, dovdaq qışlayır. Baş Şirvan kollektoru rayonun ərazisindən keçir.

Rayonda dövlət qeydiyyatına götürülmüş, ərazi icra nümayəndəlikləri tərəfindən mühafizə edilən Sığırlı kənd ərazisində ilkin orta əsrlərə aid «Qaratəpə» və Ərəbqubalı kəndi ərazisində isə ilkin orta əsrlərə aid edilən "Şəhərgah" tarixi abidələri mövcuddur. Bundan əlavə Muradxan və Şilyan kəndlərdində mühafizə edilən tarixi abidələrdə mövcuddur ki, hər iki abidə dövlət qeydiyyatına alınmışdır. Kürdəmirdə tapılmış dəyərli tapıntılardan biri də 2010-cu ildə rayonunun Muradxan kəndi ərazisində rayon Suvarma Sistemləri İdarəsinə məxsus ekskavatorla kanal qazılarkən tapılmış nadir pul dəfinəsidir. Mütəxəssislər tərəfindən hadisə baş verən əraziyə baxış keçirildi. Dəfinə 5470 qram çəkiyə malikdir. Onun içərisində 1200-dən artıq qədim sikkə olduğu ehtimal edilir. Sikkələr üst görkəmindən mis olduğu ehtimal edilir. Dəfinə Ağsu ekspedisiyasına təhvil verilib. Sikkələrin XIV əsrin sonu – XV əsrin əvvəlinə aid olduğu ehtimal edilir.

KƏNDLƏRİ ~~~~Karrar • Qarabucaq
. Axtaçı • Atakişili • Bağman • Bala Kəngərli • Beyi • Böyük Kəngərli • Carlı • Cəyli • Çərtəyəz • Çöhramlı • Çöl Ərəb • Çöl Qubalı • Dayıkazımlı • Dəyirmanlı • Ərəbxana • Ərəb Qubalı • Ərşəli • Garıs Əyribənd • Xəlsə • Xınıslı • Xırdapay • İsmayıllı • Köhünlü • Qağacılı • Qaraqocalı • Qaramahmudlu • Qarasaqqal • Qarasu • Qocalı • Qoçulu • Qurdbayram • Quşlar • Mehdili • Məhərrəmli • Mollakənd • Muğanlı • Muradxan • Mürtülü • Öyləqulu • Pirəköcə • Pirili • Sığırlı • Sor Sor • Sovla • Söyüdlər • Şahbəyli • Şahsevən • Şıxımlı • Şilyan • Şüşün • Təklə • Topalhəsənli • Türkədi • Ucarlı • Yenikənd • Yeni Şıxımlı VƏ S.

 

 

0 şərh