Ürəyinizi qorumaq üçün bunu edin

Xoşbəxtliyin həddi insan səhhətinə psixi sağlamlıqdan daha çox təsir göstərir. Xoşbəxtlik insanın ürək xəstəliklərinə yoluxmaq riskini azaldır.Xoşbəxtliyin həddi insan səhhətinə psixi sağlamlıqdan daha çox təsir göstərir. Xoşbəxtlik insanın ürək xəstəliklərinə yoluxmaq riskini azaldır Digər saytların birinin  məlumatına görə, Con Hopkins Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, həyat sevgisi olan insanlar daha az halda koronar xəstəliklərə yoluxur və nadir hallarda ürək çatışmazlığından vəfat edirlər. Əldə olunan məlumatlar daha əvvəl aparılmış araşdırmalara əlavə olub. Bundan əvvəl aparılmış araşdırmalar depressiv və narahat fərdlərin ürək tutmalarına daha çox meylli olduqlarını, həmin xəstəliklərin çox vaxt ölümcül nəticə verdiyini aşkar etmişdi.  Tədqiqatçılar hesab edirlər ki, həyat sevgisi, sakitlik, enerjili olmaq, həyatdan zövq almaq kimi xoşbəxtlik hissləri ürək tutması riskini azaldır. Tədqiqatın rəhbəri Liza R. Yanek deyir ki, həyat sevgisi və optimizm insanı kardioloji problemlərdən qoruyur. Bununla belə, doktor Yanek xəbərdarlıq edir ki, belə pozitivlik insan temperamentinin anadangəlmə hissəsidir. Bunu insan öz arzusu ilə dəyişə bilməz. Pozitiv həyatın ürək sağlamlığına necə təsir göstərdiyi elm üçün hələ də qaranlıq qalıb. Həyata keçirilmiş araşdırma bədənlə ruh arasındakı əlaqəyə də yeni baxış bucağı ortaya qoyur. Araşdırma zamanı alimlər 25 illik müddəti olan GeneSTAR layihəsinin məlumatlarından istifadə ediblər. Həmin layihə ürək xəstəliyinə tutulan insanların həyatı haqda bilgilər əldə edib. Alimlər layihədə iştirak etmiş 1483 nəfər ürək xəstəsinin yaxın qohumlarından da məlumatlar almışdılar. 
 

9 şərh

kurdamir
UZUN ZAMANDAN sonra ilk nəşrim…
pascal
Mabarəkdi! Xeyirli-uğurlu olsun. ;)  Bir azca da səliqəli olsa… :)
kurdamir
Yazi xəttim kimi buda səliqəsizdir
MURAD_SEYFULLAYEV
Sizdə razılaşırsız belə olmağıyla?! :)
kurdamir
Əlbətdə :) 
MURAD_SEYFULLAYEV
Yəni bu səliqəsizliyi düzəltmək üçün heç cəhd də etməyəcəksiz? :)
pascal
Yazını tam yerləşdirdikdən sonra şəkli sağa və ya sola qoysanız, cümlələri lazımı məqamda abzaslara ayırsanız həm görünüşcə yaxşı görsənər, həm oxunması rahat olar.

Əvvəllər bu məsləhətləri tək-tək şəxsiyə yazıb bildirirdim təzə gələn istifadəçilərə. Sonradan doğrusu bir az yoruldum və bezdim. Həm də səhv etdiyimi düşündüm. Çünki yeni gələn digər istifadəçilər də oxuyub nəticə çıxarmaları üçün bu tip məsləhətlər ümumi yazılmalı, göz önündə olmalıdır. Gərçi qaydalar oxunsa heç yazmamıza gərək də qalmaz…