Patisson

Patisson meyvəsi boşqaba oxşayan qabaq növüdür. Onun meyvəsinin dəyişmiş forması hamar, yaxud şəbəkəli, kənarları yastı olur. Qabığınm səthi hamar, yaxud ziyilli, rəngi ağ, açıq-sarı, yaşıl, zolaqlı, yaxud sarı ola bilər. Meyvənin çəkisi yaşından asılı olaraq 100-800 qram arasında tərəddüd edir.
Əkindən qabaq hazırlıq. Patissonun toxumları iridir, tərkibində çoxlu miqdarda qida maddələri vardır və bunun sayəsində cücərtilərinin başlanğıc böyüməsi təmin edilir. Toxumlar cücərmə qabiliyyətlərini 8-10 il itirmir, lakin ən yaxşı səpin keyfiyyətləri 2-3 illik toxumlarda qeyd edilmişdir. Yaxşı yetişmiş və yığımdan sonra yetişmə dövrünü keçmiş meyvələrin toxumlarını artıq sonrakı il istifadə etmək olar. Bu zaman onları termostatda (yaxud mətbəx peçində) mütləq 4-6 saat ərzində 50-60°C temperaturda, yaxud gün altında qızdırmaq vacibdir. Bu toxumların cücərməsini yüksəldir və onları az da olsa xəstəliklərdən qoruyur. Onları kalium-permanqanatın güclü məhlulunda 30 dəqiqə ərzində zərərsizləşdirirlər. Cücərməni stimullaşdırmaqdan ötrü onları cuna kisəciklərdə bor turşusu məhlulunda (1 litrdə 20 mq) isladaraq, sutka ərzində otaq temperaturunda saxlamaq, sonra təmiz su ilə yumaq və qurutmaq lazımdır (bu, çıxışları yüksəldir, başlanğıc boyu gücləndirir, bitkilərin inkişafmı sürətləndirir və meyvə məhsulunu 10-20% artırır). Patisson xiyara nisbətən soyuğa daha davamlıdır, ona görə də onun şitillərini parniklərdə yetişdirmək olar. Yetişdirmə şərtləri xiyarda olduğu kimidir.
patissonPatissonun toxumlarının tədarükü zamanı yadda saxlamaq lazımdır ki, onlar yaxınlıqda olan qabaqla və yunan qabağı ilə tozlanır. Ona görə də toxum əldə edilməsindən ötrü əllə tozlandırmadan istifadə edilməsi məsləhətdir. Bunun üçün toxumluq bitkilərdə aşağıdakı əməliyyatları aparmaq lazımdır: çiçəklərin açılmasına bir gün qalmış toxum bitkisində dişi və erkək çiçəklər tədric olunmalıdır. Səhərisi gün səhər tezdən təxminən saat 10-11-də təcrid götürülməli, tozlandırma aparılmalı, bundan sonra dişi çiçək yenidən təcrid olunmalıdır. Bir bitkidə iki-üçdən çox olmayan toxumluq meyvələr saxlanılır. Şaxtalar düşməzdən əvvəl meyvələr dərilməli, yaşıllar, sarılar və zolaqlılar 1-3 saat ərzində yetişməyə qoyulmalı, ağ toxumlular isə 2-4 həftədən sonra kəsilməlidir. Boşluqdan çıxarılmış toxumları nazik qat ilə sərib qurudurlar. Qurudulmuş toxumları quru və sərin yerdə saxlamaq lazımdır.
Əkilməsi. Patisson toxumunu açıq, yaxşı isidilən və havası dəyişilən ləklərə səpirlər. Torpağı payızdan şumlamaq daha yaxşıdır. Sahəyə əvvəlcə üzvi gübrə vermək, sonra isə şumlamaq, yaxud belləmək lazımdır, torpaq kəltənlərini xırdalamaq lazım deyil. Erkən yazda qar əriyəndən və torpaq quruyandan sonra, kəltənləri xırdalamaq, dırmıqla səthi hamarlamaq lazımdır. Əgər payızda üzvi gübrələr verilməmişsə, onları yazda mineral gübrələrlə birlikdə vermək lazımdır. Səpindən bir həftə öncə torpağı 18-20 sm dərinlikdə yenidən şumlamaq lazımdır. Bundan sonra lək düzəltmək olar. Əgər torpaq turşdursa, sahəni payızda əhənglə gübrələmək lazımdır.
Səpinin erkən müddətlərində patissonun ləkdə soyuqdan qorunmağa ehtiyacı olur. Bu zaman lək isti, qalın üzvi gübrə qatı ilə örtülməlidir ki, onu qızdırsın. İsti ləkin düzəldilməsindən ötrü torpaqda balaca arx qazır, oraya peyin, yaxud kompost tökür, üstündən isə mineral gübrələr tökülmüş torpaq qatı (20-25 sm) qoyurlar. Səpinə torpağın temperaturu 28-300C olanda başlayırlar.
Əgər səpin quru havada aparılırsa, toxumları bilavasitə torpağa basdıraraq, sonra ləkin üstü bərkidilir. Patissonların əkin sxemi 60 x 60 sm, toxumların səpin norması 0,5 q/m2, basdırma dərinliyi yüngül torpaqlarda 5-7 sm, ağır torpaqlarda 3-4 sm-dir. Hər çalaya iki-üç toxum yerləşdirilir. Cücərtilər çıxandan sonra seyrəldilir, hər çalada biri saxlanır. İsti yerdə əvvəlcədən cücərdilmiş toxumların əkilməsi həm çıxışları, həm də onların ümumi inkişafmı tezləşdirir.
Becərilməsi. Patisson əkinlərinə qulluq bitkilərin altındakı torpağı sulamaqdan, cərgəarası alaq etmədən, aşağı qocalmış yarpaqların və çürümə ilə zədələnmiş meyvələrin təmizlənməsindən ibarətdir. Əkinləri xəstəliklərdən qorumaq və çiçəklərin və bağların çürüməsinin qarşısını almaqdan ötrü patissonu cığırlar üzrə elə sulamaq lazımdır ki, onların üzərinə su düşməsin.
Bitkilərin fəal böyüməsi dövründə mineral gübrələrin məhlulları ilə bir-iki əlavə yemləmə verirlər. Hər bitkiyə 0,5 litr norma üzrə mal peyinindən (1:10), yaxud toyuq zılından (1:20) istifadə etmək səmərəli olur. Bu cür əlavə yemləmə patissonun normal böyüməsi və meyvə verməsindən ötrü kifayətdir.
Patisson çarpaztozlanan bitkidir. Ona görə də meyvələrin normal bağlanmasından ötrü onlara tozlandırıcı həşəratlar lazımdır. Plyonkalı istixanalarda, pis havalarda isə açıq torpaqlarda da onları əllə tozlandırma tələb olunur. Patissonu müxtəlif müvəqqəti plyonka örtüklər altında becərmək də olar. Bu su və temperatur rejimini və mikroiqlim rejimini yaxşılaşdırmağa, toxumları 2-3 həftə tez əkməyə, həmçinin daha faraş və bol məhsul əldə etməyə imkan verər. Lakin örtük altının havasını vaxtında dəyişmək lazımdır. Patissona xiyarları zədələyən ziyanvericilər və xəstəliklər zərər vurur.
Məhsul yığımı. Patissonu adətən yetişməmiş, toxumları hələ formalaşmamış yığırlar. Meyvələrin yığımı həftədə 2-3 dəfə aparılır. Onlar 5-7 sm-ə çatanda desert (çərəz) kimi istifadə və konservləşdirmə üçün, 7-12 sm-ə çatanda isə salat üçün və yeməkxana istifadəsindən ötrü və dilimlərlə konservləşdirmədən ötrü dərilir. Meyvələrinin müntəzəm yığıldıqda patisson ilk şaxtalar düşənə qədər meyvə gətirir. Sonra onları çıxardır və yaşıl kompostda istifadə edirlər. Patissonu 1-20C temperaturda ən çoxu 10 gün saxlayırlar.
Qidalılıq dəyəri, kimyəvi tərkibi. Patisson meyvələrinin tərkibində 6-8,5% quru maddə, o cümlədən 2,5-2,9% şəkərlər, nişasta, zülallar, 20-30 mq% C, Bl, B12, PP, karotin, sellüloz və mineral duzlar vardır.
Çoxlu miqdarda vitaminlərin, asan həzm olunan sulu karbonların, pektin maddələrinin və qələvi mineral duzların olması nəticəsində patisson zülal qidasının daha yaxşı mənimsənilməsinə və qanın qələvi reaksiyasının saxlanmasına kömək edir. Həkimlər qaraciyər, böyrək xəstəliklərində, həmçinin selikli qişanın iltihabında, xora xəstəliklərində və aterosklerozda patisson işlədilməsini məsləhət görürlər. Patisson olduqca fəal sidikqovucu təsirə malikdir, orqanizmdən mayenin və xörək duzunun çıxarılmasına kömək edir.
Qida, pəhriz və müalicə xassələri qabaq və yunan qabağında olduğu kimidir, lakin dad keyfiyyətləri bu bitkidə xeyli yüksəkdir. Cavan meyvələri qidada (yeməkdə) həlim, yaxud farş şəklində istifadə edirlər. Patissonu qızardır və pörtlədirlər, onları həm duzlamaq, həm də ayrıca, yaxud xiyar və başqa tərəvəzlərlə birlikdə turşuya qoymaq da mümkündür.

Əfsər Həsənov, özəl məsləhətçi

Oxşar məqalələr

 

0 şərh