Рейтинг
+11.83

Hüquq və qanunvericilik

16 üzv, 106 topik

Hüquq normaları

Hüquq normasını hüququn özünəməxsus ilkin hüceyrəsi kimi təsəvvür etmək olar. «Norma» latın dilindən tərcümədə — qayda, nümunə mənasını verir. Hər bir normada ümumi davranış qaydaları mövcuddur, burada sanki davranış modeli görünür.
Əvvəla, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar icra olunmalıdır. Normanın bu hissəsi hüquq elmində hipoteza adlanır. Məsələn, pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir (kişilər üçün — 62 yaş həddi və 25 ildən az olmayan əmək stajı; qadınlar üçün müvafiq olaraq 57 yaş və 20 il).
İkincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir.
Ardı →

Dövlətin formaları

Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.
1. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.
Ardı →

"Dövlət" anlayışı

Dövlət necə meydana gəlib?  Dövlətin meydana gəlməsi haqqında məsələ min illər boyu uzunmüddətli elmi müzakirələrin predmeti olmuşdur. Bununla bağlı müxtəlif  fərziyyələr və nəzəriyyələr irəli sürülmüşdür.
Dövlətin meydana gəlməsinin ən qədim izahlarından biri — teokratik (ilahidən meydanagəlmə) nəzəriyyənin müəllifləri tərəfindən irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə, müvafıq olaraq dövlət insanlara Allahın hökmü ilə verilmişdir. Belə bir hüquqi formula məlumdur ki, hər hansı dövlət hakimiyyəti Allahdan gəlir və bütün hökmdarlar öz hakimiyyətlərini ilahi iradənin icraçısı kimi həyata keçirirlər.
Dövlətin meydana gəlməsi haqqında digər bir nəzriyyə hesab olunan patriarxal nəzəriyyəyə müvafiq olaraq dövlət bilavasitə ailə hakimiyyətinin məntiqi davamıdır. Atanın — ailə başçısının hakimiyyəti tədricən böyüyərək monarxın hakimiyyətinə çevrilir.
Ardı →

Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti

Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var.
Hakimiyyət — mürəkkəb, çoxcəhətli bir hadisədir ki, onun tədqiqinə təbii olaraq, müxtəlif cür yanaşmalar mövcuddur. Hüquq ədəbiyyatında hakimiyyətə yalnız insanların birgə fəaliyyəti kimi baxılmır. O, cəmiyyətdə sosial qurumların vahid fəaliyyətini və möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə kimi xarakterizə olunur. Bundan əlavə, hakimiyyət ayrı-ayrı adamların, sosial qurumların, bütünlükdə xalqın öz iradəsini xüsusi metodların köməyi ilə həyata keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real qabiliyyəti kimi də başa düşülür. «Hakimiyyət» anlayışının mahiyyətinə başqa cür yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin bu və ya digər tərəfini əks etdirir.
Ən ümumi şəkildə hakimiyyəti, insanların davranış və fəaliyyətini bütün cəmiyyətin, ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə etmək olar.


Ardı →

Şəxsin işləmə hüququ

Dünya dövlətləri konstitusiyalarının əsasən hamısında ölkənin hər bir vətəndaşı işləmək hüququna malikdir deyilir. Azərbaycan Respublikasının mövcud konstitusiyasında da belədir. Respublikamızın əmək qanunvericiliyi də bu məsələni öz qanunları ilə təsbit etmişdir. Lakin, çox təəsüflər olsun ki, respublikamızda bu məsələyə riayət edən idarə və təşkilat rəhbərləri çox azdır və «Ağanəzərəm, belə gəzərəm» özüm nə istərəm onu edərəm «kəlamına» daha çox üstünlük verirlər. Hərə özünü rəhbərlik etdiyi idarənin «xanı» hesab edir.
Əslində isə əmək qanunvericiliyi qanunu — qanuni əsaslar olmadan müdirriyətin təşəbbüsü ilə fəhlə və qulluqçuların işdən çıxarılmasını qadağan edir.


Ardı →

Əmək müqaviləsi və onun hüquqi təminatı

Azərbaycan Konstitusiyasının, eləcə də Əmək Məcəlləsinin əsas müddəalarına görə, əmək müqavilələri sərbəst bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi-işgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digər isə işçi adlanır. Onbeş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.
Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyinin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir (43-cü maddə).
Davamı →

ABŞ-da Prezidentlik səlahiyyətləri və ya onun İcra Strukturları

ABŞ prezidenti təşkilatı dünyada ən güclü idarələrdən sayılır. Dünyanın hər yerində, Avropa dövlətlərində varislik prinsipinə əsaslanan monarxlar hakimiyyətdə olduğu bir vaxtlarda məhdud səlahiyyətli, az müddətli prezidentlik ideyası ağlasığmaz bir qayda idi. ABŞ-da prezidentliyin tətbiqinin ilk günlərindən prezident müavinin də seçkili olması Konstitusiya ilə təsbit edilmişdir. ABŞ Konstitusiyasına görə icra hakimiyyəti prezidentə həvalə olunur. Bununla paralel prezident müavini Vərəsə sayılır və Senatın sədrliyi də ona tapşırılır. Prezident xəstə olarkən, məzuniyyətdə olarkən, müalicədə olarkən, ölərkən prezidentin səlahiyyətləri onun müavininə keçir. Eyni zamanda Konstitusiya Konqresə səlahiyyət verir ki, prezident müavinindən sonra prezidentliyə kimi vərəsəlik hüququ olduğunu müəyyənləşdirsin.
Davamı →

ABŞ-da məhkəmə hakimiyyəti

1930-1941-ci illərdə ABŞ-ın Ali Məhkəməsinin Sədri olmuş Çarlz Evans Hyucs demişdir: «… Məhkəmə hakimiyyəti (ABŞ-da) Konstitusiyaya əsasən azadlığımızın və mal-mülkümüzün qorunmasıdır».
Federal hökumətin 3-cü şaxəsi olan məhkəmə hakimiyyətinə Birləşmiş Ştatların Ali Məhkəməsi rəhbərlik edir. Bu şaxə bütün ölkəyə yayılmış məhkəmə sistemindən ibarətdir. Onu da qeyd edək ki, ABŞ-da konstitusiya yaradılmazdan əvvəl ştat məhkəmələri bir sistem kimi mövcud idi.
ABŞ Konstitusiyasının 3-cü Maddəsi federal məhkəmə sisteminin əsasını belə ifadə edir: «Birləşmiş Ştatların məhkəmə hakimiyyəti vahid bir ali məhkəmənin və onun tabeliyində olan elə məhkəmələrin ixtiyarına verilir ki, Konqres onları vaxtaşırı yarada və təsdiq edə bilər».
Davamı →

Amerika hökümətinin demokratik seçki sənədləri

Amerika hökümətinin tanınmış tarixi şəxsiyyətlərindən olan Con Adams 1776-cı ildə yazırdı: «İllik seçkilər qurtardıqdan sonra əsarət başlayır». Burada bir həqiqət vardır. Amerikanın hökümət quruluşunun ayrı-ayrı sahələri, cəmiyyət-hökümət sistemi və onların qanuna söykənən qarşılıqlı münasibətləri belə bir fikir söyləməyə əsas yaratmışdır.
Demokratik proses Amerika hökümətinin, onun cəmiyyətinin gündəlik «hava-su» mənbəidir. Amerika özünüidarə sistemi bir sıra əsas prinsiplər üzərində qurulmuşdur. Bunların bəziləri dövlətin üzvi xüsusiyyətlərindən, bəziləri isə Konstitusiyada ifadə olunmuş əsas tezislərin praktik nəticəsi olaraq meydana gəlmişdir.
Davamı →

ABŞ-da Qanunvericilik hakimiyyəti

ABŞ Konstitusiyasının Birinci Maddəsi federal dövlətin bütün qanunvericilik səlahiyyətlərini iki palataya — Senata və Nümayəndələr Palatasına bölünmüş Konqresə həvalə etmişdir. Bu iki palatanın daha kiçiyi olan Senat Konstitusiyada göstərildiyi kimi, hər ştatdan seçilmiş iki üzvdən ibarətdir.
Nüməyəndələr Palatası üzvlüyü əhalinin sayına və onun tutumuna əsaslanır, ona görə də Konstitusiyada bu barədə xüsusi qeyd edilməmişdir. ABŞ Konstitusiyasının qəbulundan yüz il keçdikdən sonra belə, senatorlar xalqın müstəqim səsi ilə seçilmirdi, hökumət qanunvericiliyi tərəfindən seçilirdi. Senatorlara onların ştatlarının doğma təmsilçiləri kimi baxılırdı.
Davamı →