Brejnev haqqinda lətifələr
- Brejnev növbəti medalı alandan sonra deyir:
— Yoldaşlar, bəzən deyirlər ki, mən bütün medalları qəbul edirəm, heç vaxt onlardan imtina etmirəm. Elə deyil. Məsələn, bu yaxınlarda Mavritaniyanın yüksək mükafatı olan buruna qızıl sırğanın taxılmasından imtina etmişəm! - Brejnev Roma papasından soruşur:
— Niyə insanlar katolik cənnətinə inanır, ancaq kommunizm cənnətinə inanmaq istəmirlər?
— Çünki biz öz cənnətimizi göstərmirik! - Karl Marks SSRİ radiosu ilə çıxış etmək istəyir. Ancaq Brejnev icazə vermir:
— Sən kommunizmin banisi olsan da, belə məsələlər barədə təkbaşına qərar verə bilməzəm.
— Mən ancaq bir kəlmə deyəcəm.
Brejnev bir kəlməni deməyə icazə verir.
Marks mikrofona yaxınlaşıb qışqırırır:
— Bütün ölkələrin proletariləri, məni bağışlayın! - SSRİ-yə gələn Nikson Brejnevdən fəhlələrin niyə tətil etmədiklərini soruşur. Cavab əvəzinə Brejnev Niksonu zavoda aparır:
— Sabahdan maaşınız azaldılacaq! (alqışlar) İş vaxtınız uzadılacaq! (alqışlar). Hər on nəfərdən biri asılacaq! (alqışlar. Sual: “İpi özümüz gətirək, ya həmkarlar ittifaqı verəcək?”) - Moskva kinofestivalından sonra Kremldəki banketdə Bricit Bardo Brejnevə deyir:
— Niyə sərhədi bütün getmək istəyənlər üçün açmırsız?
Brejnev ona barmağını yelləyib deyir:
— Mənimlə təklikdə qalmaq istəyirsən? - Telefon zəngi. Brejnev dəstəyi qaldırır:
— Hörmətli Leonid İliç eşidir! - Brejnev mətbuat konfransı keçirir. Sual – cavab, sual cavab.
Aparıcı deyir: Day sual yoxdu.
Brejnev təəccüblənir:
— Necə yəni yoxdu? Dayanın, axı belə olmaz. Axı mənim hələ iki cavabım var. - — Nəyə görə Brejnevə marşal rütbəsi verilib?
— Kremlin alınmasına görə.
- -İngilislər Folklend adalarını tutublar. Ancaq nə edəcəklərini bilmirlər. Kömək üçün Reyqana müraciət edirlər. Reyqan deyir:
— Bilmirəm. Brejnevdən soruşun. Kiçik torpaqlar üzrə mütəxəssis odu. - Brejnevlə Qromıko Afrika ölkəsinə gedirlər. Təyyarədən enəndən sonra Brejnev qəpik atır, baxıb Qromıkoya deyir:
— İndi öpüşmək növbəsi sənindi. - Brejnev meşədə azır. Rastına balaca oğlan çıxır.
— Adın nədi?
— Petya.
— Petya, məni meşədən çıxar, sənə mükafat verəcəm.
— Atamla məsləhətləşməliyəm.
— Atan kimdi?
— Meşəbəyi.
— Nəyə lazımdı məsləhət? Məni burdan çıxar, səni SSRİ qəhrəmanı adını verəcəm.
— Yox, gedim atamdan soruşum.
Gedib soruşub gəlir:
— Yox, mən Sizi burdan çıxarmayacam. Öləndən sonra Sovet İttifaqı qəhrəmanı adını neynirəm?
— Niyə ölümündən sonra?
— Atam dedi: çıxarsan, öldürəcəm. - Brejnev çıxışa başlayır (kağızdan):
— Yoldaş sionistlər!
Zalda çaşqınlıq yaranır. Brejnev yenidən kağıza baxıb oxuyur.
— Yoldaşlar! Soinistlər deyir ki… - Brejnev nəvəsi ilə mavzoleyə gəlir. Nəvəsi soruşur:
— Baba, sən öləndən sonra burda yaşayacaqsan?
— Əlbəttə burda.
Bu dəm Lenin yerindən qalxıb deyir:
— Bura sizinçün yataqxanadı?! - Ayda bir dəfə Brejnevin şəxsi bərbəri onun saçını qırxır. Hər dəfə də söhbəti Polşadan salır. Bir dəfə Brejnev onun niyə məhz Polşa barədə soruşması ilə maraqlanır. Bərbər:
— Belə olanda saçınızı rahat qırxıram. Polşa barədə danışanda saçlarınız biz-biz durur. - Brejnevin qardaş ölkələrdən birinə səfəri münasibətilə topdan atəş açılır. İkinci atəşdən sonra qoca arvad milisdən niyə top atdıqlarını soruşur. Milis deyir:
— Brejnev gəlib.
— Birinci dəfədən vura bilmədilər? - Brejnev aeroportda ABŞ siyasətçilərindən biri ilə vidalaşır. Bir neçə dəfə qucaqlaşır, öpüşürlər. Nəhayət, amerikalı siyasətçi təyyarəyə minib gedir. Brejnev ağlamağa başlayır. Suslov ona yaxınlaşıb deyir:
— Bəsdirin, Leonid İliç. Axı siyasətçi kimi onun əhəmiyyəti elə də böyük deyil.
— Siyasətçi kimi əhəmiyyəti yoxdur. Ancaq necə öpür! - Brejnev balkonda dayanıb. Yaxınlıqdan Karlson uçur. Brejnev soruşur:
— Yadınızdan çıxmışam? Mən Karlsonam.
— Həəəə. Yadımdasan. Sənin həmkarın Engelson da yadımdadır.
0 şərh