Dünyada ən çətin məntiqi sual

Başlığı belə yazdım çünki belə oxumuşam.İstəyənlər Google-a girib bu başlığı yazsalar eynilə bu yazı gələcək.

Lightbulb Dünyada ən çətin məntiqi sual — Mavi gözlər.
Adada gözlərinin rəngi müxtəlif olan bir qrup adam yaşayır. (sayını aşağıda qeyd edəcəm)
Adada qoyulan qaydalara əsasən, heç kim adada olan digər adamın gözünün rəngini deyə bilməz. Hər kəs qarşısındakının gözünün rəngini bilsə də, beləcə, bu üsulla öz gözünün rəngini bilməyəcək. (Güzgü kimi variantları qoyun qırağa, güzgü də yoxdur. Öz gözünün rəngini görə biləcək heç bir şey yoxdur. Öz gözünün rəngini bilməyin yeganə variantı, kiminsə sənə gözünün rəngini deməsidir.)
Hər axşam adaya gəmi gəlir və öz gözünün rəngini bilən adamın gəmiyə minib adanı tərk edə biləcəyini deyir.
Adada 100 mavi gözlü, 100 qara gözlü və 1 müdrik var. Həmin adam gözünün yaşıl rəngli olduğunu bilir.
Adada olan hər bir adam eyni rəngli 100 və 99 adam görə bilir. Amma həmin adam öz gözünün rəngini bilmədiyi üçün, özünün bu 100 nəfər olan qrupda daxil olub-olmamasını bilmir. Yəni bilmir ki, o, 101-cidir, yoxsa, 99 nəfərin gözünə uyğun olub, 100-cü. Həmin adam düşünə bilər ki, bəlkə öz gözünün rəngi qırmızıdır, yaşıldır, qəhvəyidir və s.
Müdrik hər günorta adamları bir yerə yığaraq "mən göy rəngli gözləri görə bilirəm" deməyə icazə verib.
Adada olan hər hansı biri müdrik adama yaxınlaşanda onun bir cavabı olur. "Mən bu adada ən azından bir mavi gözlü adam görə bilərəm, hansı ki, mənim gözüm belə rəngdə deyil".

Sual belədir: Axşam gələcək gəmi ilə adanı kim tərk edə biləcək?
Cavab isə «Adanı heç kim tərk etməyəcək» deyil. Mənbə:Google, müəllif:asif eminov
 
 

18 şərh

error
mudrik gozlerinin yasil rengli oldugunu bilir.o niye getmir?
bayram-muradov

bütün mavi gözlülər, amma birinci gün yox yüzüncü gün(hamısı birdən. əgər cavab düzdürsə izahını yazaram( maraqlananlar üçün)

 

error
ola biler, amma axi mudrik ozu niye getmir? sizin izah necedir?orda deyilir-Adada olan hər bir adam eyni rəngli 100 və 99 adam görə bilir.mudrikin gozunun yasil oldugunu adamlar  niye gormur?belke adamlar daltonikdirler(yasili gore bilmirler),amma onda eyni rengli 101 adam gore bilmeli ididiler.ya da belke mudrik daltonikdir ona gore gorur ki yasil rengden basqa butun rengleri gorur yasili gormur.ona gore gozunun yasil oldugunu bilir.pis sualdir (
RemaHes
sualin cavabini zehmet olmasa yazardizda…
imtogrul
Adada 100 mavi gözlü, 100 qara gözlü və 1 MÜDRİK var.


   Adada olan hər hansı biri müdrik adama yaxınlaşanda onun bir cavabı olur. "Mən bu adada ən azından bir mavi gözlü adam görə bilərəm, hansı ki, mənim gözüm belə rəngdə deyil


Bu iki ifadə arasında uyğunsuzluq var axı. Belə ki, birinci ifadə də deyir ycəmi 1 müdrik var. Amma ikinci ifadə də "   Adada olan hər hansı biri müdrik"   o anlama gəlir ki adada bir neçə müdrik var… Bir də ki, bir halda ki, müdrik gözünün rəngini bilir, deməli adanı o tərk edəcək
velili_hemide
orda yalnışlıq yoxdur. Adada olan hər hansı bir müdrik deyilmir. Adada olan hər hansı biri, yəni hansısa adam müdrik adama yaxınlaşanda… — burada sehv heç nə yoxdur
error
cavab yazilmayacaq?
Qanbay_Qasimli
men bu sualin cvbini deqiq bilirem ...adani hami terk edecek...izah etmedim biraz uzundu...ama maraqlananlar olsa izah ederem
beautiful
Dəqiq bilirsinizsə izahı zəhmət olmasa verin. beynim yoruldu bu məəntiqi fikirləşməkdən
azadmamedov90
CAVABI BƏ NİYƏ VERMIRSINIZ**?? ((: BƏLKƏ HEÇ YOXDUR?
azadmamedov90
bəs yaxşı, Axşam Fənər ilə ya da ona oxşar hər hansı şey ilə gözün rəngini görürlər? Kim nə istədi deyir da..
onsuzda heç kim seçə bilmir )))
arzuwka
adadisa suya baxib gore bilerler de…
sirinler99
hamisi gedecek
 
tofiqoglu
Mümkünse cavabi dene. Bu mentiq ömrumu bitirdi
imtogrul
salam. Ilk baxışdan belə çıxır ki, adanı müdrik tərk edəcək. Yəni qeyd olunub ki, o öz gözünün rəngini bilir. Yenə də sualın cavabını bilə varsa yaza bilərmi zəhmət olmasa?
velili_hemide
Hardı beynəlxalq axtarışa vermək lazımdı…
Emil_Emin
Cox asan cavabi var. demeye icaze yoxdu, hec demek vacib'de deyil, meselen goy rengli birisi qara renglileri sayib 100 olduglarini bildikden sonra emin olur ki, onun gozlerinin rengi goy'dur ve o gemiye minir. Elecede yerde qalan 99 nefer ve yerde qalan 100 neferde belece bawa duwurler ki, onlarin gozlerinin rengi qaradir. Hami minir gemiye. 
Qauss
Əslində cavab elə sualın içində deyilir sadəcə sualda olan bu məqam

Amma həmin adam öz gözünün rəngini bilmədiyi üçün, özünün bu 100 nəfər olan qrupda daxil olub-olmamasını bilmir. Yəni bilmir ki, o, 101-cidir, yoxsa, 99 nəfərin gözünə uyğun olub, 100-cü.

Bizi çaşdırmaq üçündü adada Max 100 qara Max 100 göy gözlü var yəni bu özünü 101ci görə bilməz.99 olanların içindən biridir.