Aşağıdakı şəklə baxaraq avtobusun hansı istiqamətdə hərəkət etdiyini məntiqlə muəyyənləşdirin?


 

32 şərh

Xrizoberil
qəlizdir axı bir az ))))
faridik
cavabın biləndən sonra görəcəksən ki qəliz bir şey yoxdur. həm də hər hansı bir sual nə qədər çətin görünürsə cavabı bir o qədər asan olur.
Xrizoberil
avtobus yolun ortası ilə hərkət edir?  )))
Ferbara
Məntiqlə o hərəkət etmir. Ona görə də istiqamət axtarmağa dəyməz. :)
Xrizoberil
yaxşı bəs hərəkət etsə?
Ferbara
Hərəkət etsə idi görüb istiqamətini deyəcəkdik. :)))
faridik

hesab elə avtobus hərəkətdədir. sene ancaq onun hərəkət istiqamətini tapmaq qalır. sualın cavabi sadədir.

Ferbara
Sualın cavabı əgər sadədirsə, deməli baş sındırmağa dəyməz. İstiqamət axtarmağım gəlmir axı. Dayanıb axı. :))
faridik

eyni şeyi yazıb təkrarlamağın nə mənası? sualda aydın yazılıb ki avtobus hərəkət edir. sadəcə şəkil cavabın tapılması üçün qoyulub. burda məqsəd avtobus qabaq tərəfinin harda olmasını tapmaqdır, qabaq tərəfini tapsan hansı tərəfə hərəkət etdiyini biləcəksən. sadəcə bir az boş yerə komentariya yazmaq əvəzinə düşünmək lazımdır. vəssalam.

Ferbara
Məni siz boş şərh yazmağa məcbur edirsiniz.
Əgər avtobusun qabağı ilə arxasını fərqləndirmək lazımdırsa, burda məntiq yox, diqqət lazımdı. Çünki ilk baxışda hər iki tərəf eyni görünür. Bu şəkli ortadan qatlaya bilsəydim mm fərqini bəlkə də görərdim.
Xrizoberil
maraqlıdır cavabı…
cahandar
Düşünürəm ki,qabaq tərəfi sağ tərəfdir.Çünki,sağ tərəfin təkərləri daha yaxındır.Bu da o deməkdir ki avtobus sağa doğru hərəkət edir.Axı arxa təkərlər padpresdən daha uzaqda olur qabaq təkərlər yaxın olur qabaq tərəfin padpresinə.
MaksiMuS
Demək belə..Öz versiyamı irəli sürürəm.Xahiş edirəm gülməyin :)) 1 haldakı avtobusun qapıları şəkildə əks olunmur.Deməli avtobusun qapı olan tərəfi sağ tərəfdədir.İnsanlar sağ tərəfdən mindiyinə görə avtobus yolun sağ tərəfiynən hərəkət etməlidi.Beləliklə yolun sağıynan hərəkət edən avtobus şəkildəki tək sağa yox,sol tərəfə hərəkət etməlidir.Deməli cavab: Avtobus sol tərəfə hərəkət edir.
Ferbara
Gülməli deyil. Sadəcə «halaldı» deməli. :)
faridik
TƏBRİKLƏR!!! düz tapmısan
Silen_ce
alqışlayıram))))
MaksiMuS
Ola bilərki izahatım vəya fikrimi tam dolğun və aydın çatdıra bilməyim.Ama zənnimcə cavabı qapı amilindən çıxış edərək tapmaq lazımdı
cahandar
Mənə eıə gəlir düz deyirsiniz avtobus sola doğru hərəkət edir.Çünki,siz demiş əgər sərnişinlər o tərəfdən minirsə demək biz yolun bu biri tərəfindəyik və sərnişinlər ordan minərsə və avtobusun sağ tərəflə hərəkət etməyini nəzərə alsaq avtobus sola getmiş olmalıdır.
MaksiMuS
Çox sagol.Bele yerde deyibler: Heçne göründüyü kimi deyil
2ral
Bəs şoferin qapısı hanı? Axı digər tərəfdə sərnişinlər minirsə bəri tərəfdə sürücünün minməsi üçün qabaqda balaca qapı olmalıdır axı…
Zahid_GDMLI
şoferin qapısı da digər tərəfdədi, təhlükəsizlik üçün.
MoLeX
Emeye hormet cox sag ol… faridik…
Zahid_GDMLI
hansı istiqamətə hərəkət edirlər etsinlər, amma yol qəzası törətməsinlət təki :/
MaksiMuS
Tebriklere göre minnetdaram.Silen ce avtoqraf lazimdi?:))
MaksiMuS
Bas uste.Umarim o imzadan teyinati uzre istifade edersen:)
Old_Baku_

Hamıya salamlar məndə öz fikrimi irəli sürürəm yaxşı məntiqdən tapdıq ki,avtobus sol tərəfə hərəkət edir yaxşı!!!gəlin o zaman bu şəkilə maşın mühəndisi gözündən baxaq!


başının qabaq və arxa trəfi eynidirsə avtobusun motor hissəsi hardadır???


 

bahar
Siz heç 116 nömrəli marşuruta minməmisiniz? Onun matoru içindədi:))
Old_Baku_
maşın mühəndisi gözündən baxsaq şəkildə bir çox səhvlikləri görərik!!!
Topik müəllifi şərh yazmağa qadağa qoyub